2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vəkil: “Saleh Rüstəmlinin beyin hüceyrələri ölür”

Bakı/09.12.21 Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmli 34-cü gündür ki, Azərbaycan Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edir. Bu barədə Turan-a bu gün ona baş çəkən vəkil Bəhruz Bayramov bildirib. O, Rüstəmlinin vəziyyətini olduqca ağır kimi xarakterizə edib.

“Saleh Rüstəmlinin vəziyyəti gündən-günə pisləşir. Demək olar ki, danışa bilmir”, – Bayramov qeyd edib.

Vəkilin sözlərinə görə, onun Rüstəmli ilə görüşündən öncə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimlərindən ibarət qrup ona baş çəkib. Onların arasında müharibə veteranlarına yardım göstərmək üçün Azərbaycana gələn türk psixoloqlar da olub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, həkimlər ona bildiriblər ki, Rüstəmlinin beyin hüceyrələri ölür və sonradan onları bərpa etmək mümkün olmayacaq və aksiya dərhal dayandırılmalıdır.

Vəkil həkimlərin sözlərini Rüstəmliyə çatdırıb, amma o, aclığı dayandırmaqdan imtina edib.

Eyni zamanda Bayramov deyib ki, ötən gün Rüstəmlinin yanına yerləşdirilmiş başqa məhbus oradan çıxarılıb.

“O, Saleh Rüstəmlinin yanında  yemək yeyirdi, bu da onun üçün əlavə əziyyət idi”, – vəkil deyib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlı saxtalaşdırlmış iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun sərhədyanı kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatının rəhbərlərindən biri olub. —06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button