2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vəkil: “Saleh Rüstəmlinin gücü tükənir”

Bakı/03.12.21  Dekabrın 3-də vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin müalicə müəssisəsində siyasi məhbus Saleh Rüstəmliyə baş çəkib. Rüstəmli  28-ci gündür  aclıq edir.

Vəkil Turan agentliyinə bildirib ki, Rüstəmlinin vəziyyəti pisləşməkdə davam edir və o 17 kiloqram  çəki itirib.

Vəkil qeyd edib ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimləri Rüstəmlini müayinə ediblər. “Həm müalicə müəssisəsinin həkimləri, həm də Qızıl Xaç həkimləri deyiblər ki, aclıq elə mərhələdədir ki, istənilən an insan ölə bilər. Bununla belə, Saleh Rüstəmli israrlıdır və aclığı davam etdirmək niyyətindədir”, – vəkil bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button