2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: “Saleh Rüstəmovun vəziyyəti ağırlaşıb”

“Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə edirdilər, sistem köçürülür”

33 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun vəziyyətinin ağırlaşdığı bildirilir. Bu barədə vəkili Bəhruz Bayramov Meydan TV-yə danışıb.

Vəkil yarım saat əvvəl Saleh Rüstəmovu ziyarət etdiyini və ona sistem köçürüldüyünü deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə edirdilər, sistem köçürülür. Hazırda yaxınları Saleh bəyin yanındadır. Mən Ombudsman Səbinə Əliyeva ilə görüşə gedirəm deyə Saleh bəyin yanında çıxdım”, – vəkil belə söyləyib.

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 33 gündür ki, aclıq aksiyası keçirir. 

Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bu günədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button