2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkili Bəxtiyar Hacıyevin aclığı dayandırdığını deyir

Yayımlandı: 28 Fevral 2023 18:11

“Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi…”

Yanvarın 9-dan həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin fevralın 28-də aksiyanı dayandırdığı bildirilir. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Meydan TV-yə bildirib ki, fevralın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüb:

Faktiki öz təşəbbüsüylə, həm də ictimaiyyətin fikrini nəzərə alaraq, aclıq aksiyasını dayandırdı. Müalicə Müəssisəsinin rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi…”.

Aqil Layıcın sözlərinə görə, Bəxtiyar Hacıyev bu müddətdə ona dəstək olan hər kəsə vəkili vasitəsilə minnətdarlıq edib. İctimai fəal deyib ki, aclığın dayanması tamamilə mübarizənin dayanması anlamına gəlməməlidir.

Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcək…”, – Aqil Layıc əlavə edib.

Vəkillərinin dediyinə görə, həbs olunarkən 84.5 kiloqram çəki ilə istintaq təcridxanasına daxil olan Bəxtiyar Hacıyev 51 gün davam edən aclıq nəticəsində hazırda 63 kiloqrama düşüb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button