2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Vəkillər Kollegiyası RH üzvlərinə beynəlxalq sanksiyalar qoyulması təklifi

“Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərinə qarşı beynəlxalq sanksiyalar əsl yerinə düşərdi”.

24saat.org xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib. O, siyasi işlərə çıxan vəkillərin Vəkillər Kolegiyası tərəfindən təqiblərə məruz qaması ilə bağlı belə bir addımın atılmasını vacib sayıb:

“Anlayıram ki, onların heç biri ixtiyar sahibi deyil. Siyasi təqibə məruz qalmış insanları müdafiə edən vəkillərin oradan qovulması, üstəgəl ötən ilin dekabrında kollegiya üzvü olmayanlara mülki işlərə qatılmağın qadağan edilməsi onların öz şəxsi iradəsinə çətin ki uyğundur. Ancaq iş ondadır ki, Azərbaycanın beynəlxalq tərəfdaşları dövlət məmurlarına qarşı açıq tərzdə sanksiya qoymaqdan çəkinirlər (gizli sanksiyalar çoxdan var). Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə, insan haqlarının pozulmasında dövlət təmsilçilərinə ən təsirli yardın göstərən qeyri-dövlət qurumudur. Bu baxımdan onlara qarşı fərdi beynəlxalq sanksiyalar həm zəruridir, həm də qoyulması daha asandır, çünki formal baxımdan onlar dövləti təmsil etmirlər” – deyə İlqar Məmmədov bildirib.

24saat.org xatırladır ki, son 9 ayda Vəkillər Kollegiyası öz vətəndaş mövqeyi ilə tanınan vəkillər – Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərlərinin səlahiyyətlərini dayandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Əlaif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları Kollegiyadan xaric ediliblər. Vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillərə qarşı ittihamlarla DİN, Ədliyyə Nazirliyi və Baş Prokurorluq orqanları çıxış ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button