2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Vəli Ələsgərov hücuma keçir

 

Keçmiş nazir çıxış yolu olaraq bildiklərini açıqlamaqda görür

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun istintaqı qısa müddətdə yekunlaşdırılaraq baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərildi. Artıq iş üzrə hazırlıq iclası da keçirilib. Vəli Ələsgərovun mətbuata açıqlamasında bildirmişdi ki, keçmiş nazirin hətta ifadəsi alınmayıb. O, istintaqın tez-tələsik yekunlaşdırılmasını qanunsuzluq adlandırmışdı. Eyni zamanda bildirmişdi ki, bəzi qüvvələr Vəli Ələsgərovun bildiyi həqiqətləri danışmasını istəmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a daxil olan məlumata görə, Vəli Ələsgərov istintaqa ifadəsində ciddi faktlar açıqlamaq istəyib. Bu faktlar Naxçıvan rəhbərliyi barədə olub. Bu baxımdan istintaq ondan ifadə almaqdan imtina edib. Məlumatda deyilir ki, Vəli Ələsgərov həbsinin ilk günlərində Naxçıvan rəhbərliyi ilə anlaşmağa çalışıb. Lakin Muxtar Respublika rəhbərliyində Vəli Ələsgərovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla ciddi işbirliyində olması barədə məlumatlar olub. Vəli Ələsgərovun müdafiəçiləri bildirir ki, bu məlumatlar məqsədli şəkildə Vasif Talıbova ötürülüb və onların heç biri həqiqət deyil. Lakin məsələ burasındadır ki, Vəli Ələsgərova qanunsuz dinləmə ittihamı irəli sürülüb. Bu ittiham keçmiş nazirin Haxçıvanın yerli hakimiyyət üzvlərindən kimlərisə dinlədiyi barədə mülahizələrə səbəb olub. Doğrudur, istintaq materiallarında Vəli Ələsgərovun ailəsindən boşanmış hansısa şəxsi dinlədiyi qeyd olunub. Lakin bu ittihamın əsl mahiyyətini gizlətmək üçündür. İnandırıcı deyil ki, Vəli Ələsgərov sıradan bir şəxsi dinlədiyi üçün bu ittiham ona qarşı irəli sürülüb. Bu ittiham Vəli Ələsgərovun işini ağırlaşdırmaq üçün də irəli sürülə bilməz. Əgər məqsəd keçmiş naziri uzun müddətə həbsə göndərməkdirsə, o zaman ona qarşı daha ağır maddələr irəli sürülə bilərdi. Məsələn, Turac Zeynalov olayı bəs edir ki, Vəli Ələsgərov ən azı 10 il həbsxana həyatı yaşasın. Deməli, qanunsuz dinləmə ittihamı konkret fakta görə irəli sürülüb. Və bu fakt da böyük ehtimalla Haxçıvanın yüksək vəzifəli məmurlarından biri ilə bağlıdır.

Bəzi iddialara görə, Vəli Ələsgərov məhkəmə bu məsələyə də aydınlıq gətirəcək. Ümumiyyətlə, Naxçıvan rəhbərliyi hələ də ehtiyat edir ki, Vəli Ələsgərov şok faktlar açıqlaya bilər. Elə məhkəmənin qapalı keçirilməsi barədə qərar da bu narahatlığın təzahürüdür.

Lakin deyəsən, keçmiş bütün basıqalara baxmayaraq çıxış yolunu bildiklərini danışmaqda görür. Hər halda onun vəkili mediaya açıqlamasında bildirib ki, Vəli Ələsgərov məhkəmə prosesində bildiyi həqiqətləri danışacaq. Bu həqiqətlərin nədən ibarət olduğunu isə biz prosesdən sonra biləcəyik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button