2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəli Ələsgərov susduruldu

Keçmiş nazirin geri çəkilməsinin pərdəarxası Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində həbs-qətimkan tədbirinin seçilməsindən apellyasiya şikayəti verməyəcək.

Bunu Report-a keçmiş nazirin vəkili Tofiq Allahverdiyev bildirib. Vəkil bildirib ki, bu keçmiş nazirin qərarıdır. Tofiq Allahverdiyev həmçinin deyib ki, Vəli Ələsgərovun səhhəti normaldır, o, saxlanma şəraitindən narazı deyil. “Vəli Ələsgərov Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin İstintaq Təcridxanasında normal şəraitdə saxlanılır, onun heç bir problemi yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsin səhhəti normaldır”. Bir müddət əvvəl Vəli Ələsgərov vəkillərə vasitəsilə işgəncələrə məruz qaldığını bəyan edirdi. O zaman keçmiş ev dustağı idi. Lakin sonradan barəsində həbs-qətimkan tədbiri seçildi. Maraqlıdır ki, ev dustaqlığı həbslə əvəzlənəndən sonra Vəli Ələsgərov yumşalmağa başladı. Apellyasiya şikayəti vermək istəməməsi, saxlanma şəraitindən razılıq etməsi, işgəncələr məruz qalmasını gündəmə gətirməməsi keçmiş nazirin Naxçıvan rəhbərliyi qarşısında geri çəkildiyinə dəlalət edir.

Bəs Vəli Ələsgərov necə susduruldu?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a daxil olan məlumata görə, Naxçıvan rəhbərliyində də Vəli Ələsgərov barədə ciddi kompramatlar var. Bu kompramatlar əsasən keçmiş nazirin özfəaliyyəti barədədir. Təsadüfi deyil ki, son bir neçə gündə Vəli Ələsgərovun nazir işlədiyi dövrdə hansısa qanunsuzluqları törətməsi barədə materiallar yayılmağa başladı. Bu barədə danışan şəxslər şəxsən Vəli Ələsgərovun işgəncəsinə məruz qalanlar idi. Onların danışdıqlarından belə anlaşılırdı ki, Vəli Ələsgərov Naxçıvan rəhbərliyinin tapşırığı ilə etdiyi qanunsuzluqlarla yanaşı özfəaliyyətlə də məşğul olub. Heç şübhəsiz bu şəxslər birdən-birə ortaya çıxmışdı. Bu faktların açılmasında maraqlı olan Naxçıvan rəhbərliyi, xüsusilə Vasif Talıbov onlara yaşıl işıq yandırmışdı. Onsuz da ictimaiyyət tərəfindən müdafiə olunmayan Vəli Ələsgərov barədə bu materialların yayılmasından sonra ona edilən işgəncələrə haqq qazandıranlar da oldu. Proses bu cür davam edəcəyi təqdirdə medianın da ona diqqət ayırması səngiyə bilərdi. Mümkündür ki, Vəli Ələsgərov bu səbəbdən susmaq qərarına gəlib. Başqa bir məlumata görə isə Vəli Ələsgərovla belə razılığa gəlinib ki, danışmayacaqsa, işgəncələrə ara veriləcək, əks təqdirdə daha dəhşətli formada davam etdirədəcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button