2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəli Şükürzadənin apelyasiya şikayəti təmin olunmadı

Yayımlandı: 10 Fevral 2023 18:41

Fotobloger həbs qərarında yazılanları yalanladı

Fevralın 10-da Bakı Apelyasiya Məhkəməsində fotobloger Vəli Şükürzadənin 30 günlük həbsindən verilmiş şikayətə baxılıb. Məhkəmə iclasında onun vəkili Zibeydə Sadıqova bildirib ki, fotoblogerə qarşı irəli sürülmüş xuliqanlıq və polisə müqavimət ittihamları yalandır, əslində, Vəli Şükürzadəni peşə fəaliyyətinə görə cəzalandırıblar. Vəkilin sözlərinə görə, həqiqəti görmək üçün videokameralara baxış keçirmək kifayətdir:

Saytların yığılması Saytlarin yigilmasi

“Onu həyətlərindən tutub aparıblar, amma protokolda başqa yer göstəriblər. Həyətlərində videokameralar var, görüntüləri alıb, baxın, o zaman görəcəksiniz ki, protokolda yazılanlar həqiqətə uyğun deyil. Məsələ burasındadır ki, protokolda göstərdikləri ərazidə də kameralar var. O kameraların görünrülərinə də baxsanız, görəcəksiniz ki, həmin vaxt Vəli Şükürzadə orada olmayıb”.

Zibeydə Sadıqova məhkəmədə vəsatət qaldırıb ki, hər iki ərazidəki videokameraların görüntüləri alınsın, məhkəmədə araşdırılsın. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkilin sözlərinə görə, fevralın 5-də Yasamal Rayon Məhkəməsində fotoblogerin işinə baxılanda müdafiəçi kimi, onun iştirakına tam şərait yaradılmayıb:

“Mənə öncədən məlumat verilməyib. Nəticə də o oldu ki, mən qərar çıxarılanda gəlib çıxa bildim. Ondan əvvəl də mən Vəlini müxtəlif bölmələrdə axtara-axtara qalmışdım. Şəxsin yeri barədə onun ailə üzvlərinə, müdafiəçisinə məlumat vermək hüquq-mühafizə orqanlarının vəzifəsidir”.

Vəkil başqa qanun pozuntularına da yol verildiyini bildirib.

Vəli Şükürzadə də vəkilinin çıxışıyla razı olduğunu deyib. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov onun haqqında 30 sutkalıq həbs qərarında əməlindən peşman olduğunu yazıb: “Tamamilə yalandır. Məndən heç soruşan olub ki, peşmansan, yoxsa yox? İkincisi, heç bir xuliqanlıq hadisəsi olmayıb axı, nədən peşman olmalıyam? Məni dayandığım yerdə götürüb aparıblar”.

Vəkil və fotoblogerin çıxışına baxmayaraq, apelyasiya məhkəməsi də 30 günlük həbs qərarını dəyişməyib.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Vəli Şükürzadənin haqqındakı həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək: “İnzibati xətalarla bağlı işlərdə apelyasiya instansiyası ölkə daxilində sonuncu hüquqi müdafiə vasitəsi hesab olunur. Apelyasiya məhkəməsinin qərarını əldə edib, Avropa Məhkəməsində şikayət göndərəcəyik”.

Fevralın 5-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov fotobloger haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs qərarı verib.

Vəli Şükürzadə isə bildirir ki, o, fevralın 4-də səhər saatlarında polisə çağırılıb, müəyyən suallar verildikdən sonra sərbəst buraxılıb. Axşam saatlarında evlərinin yaxınlığında ailə üzvü ilə birlikdə gedərkən saxlanılıb. Ertəsi gün səhər saatlarında məhkəməyə aparılıb və haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Vəli Şükürzadənin həbsindən sonra onun bir sıra məmurlara aid avtomobillərin nömrələrini yaydığına görə cəzalandırıldığı iddia olunurdu.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə fotoblogerin saxlanma səbəbi barədə suala belə cavab verilib: “Onun həbsində hər hansı siyasi səbəb yoxdur”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button