2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Vətənə sahib çıxmağın yolu kollektiv etirazlardır

ibrahim-ibrahimliİbrahim İbrahimli

Əziz həmvətənlər, bizim hər birimizin həm fərdi, həm də kollektiv halda özünüifadə etmək hüququmuz var. Amma hakimiyyət özünüifadə etmək azadlığını məhdudlaşdırıb və müstəqil fikrin mətbuata çıxışına qadağa qoyub. Daha doğrusu, ictimai rəyə təsir edə biləcək, bütün müstəqil KİV-ləri bloklayıb. Hətta internet resuslarına “müdaxilə üzərində işləyirlər”. Belə bir şəraitdə özünüifadə etmək üçün, demək olar ki, mitinqdən başqa yol qalmayıb. Mitinqə qarşı isə “müdrik” bir kompaniya başlayıb. Təbii ki, mən hakimiyyətə “züy” tutanları demirəm, çünki onların çörəyi ordan çıxır. Mən öz aləmində “səmimiyyət maskası” taxıb guya daha radikal mövqe tutanları da demirəm. Hətta Dədə Qorqudluq edənləri də demirəm.

Saytların yığılması Saytlarin yigilmasi

Mən gerçəkçi, səmimi insanları- sizləri nəzərdə tuturam, əziz həmvətənlər! Gəlin, əl-ələ verək, birlikdə-ellikcə taleyin ümidinə buraxılmış Vətənimizə, vətəndaşlarımıza sahib çıxaq! Bütün demokratik müstəvilərin məhv olduğu bu ölkədə, Vətənə sahib çıxmağın yolu yalnız kollektiv etirazdan keçir. Mitinq kollektiv etirazın, daha doğrusu, iradənin özünüifadə formasıdır. Etirazların öz ünvanına çatdırılmasında və tələblərin həll edilməsində ən təsirli, ən əlverişli vasitələrdən biridir. Təbii ki, kütləvilik mitinqlərin effektivliyini birə on qat artırır, və hakimiyyətə təsir imkanlarını gücləndirir. Ona görə də hakimiyyət bu təsir vasitəsini- sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq üçün bütün üsullardan istifadə edir. Çünki DİVİN CANI ŞÜŞƏDƏ OLDUĞU KİMİ, HAKİMİYYƏTİN DƏ CANI KOLLEKTİV ETİRAZDA- MİTİNQDƏDİR. Hakimiyyət bu kollektiv etirazın keyfiyyətcə yeni mərhələyə keçməsindən və yüksələn xəttlə davam edən mitinqlərin AZALIQ HƏRƏKATINA keçid almasından qorxur. Ona görə də “züy” tutanların işə salıb…onlar da ki, maşallah, yaman təkərə düşüblər…
Mli Şuranı mitinqin yerini və vaxtını bağlı hakimiyyətlə razılaşdırmaqda qınayanlar isə səmimi deyillər. Onlar, sadəcə olaraq, ortada yeyib qıraqda gəzənlərdir. Əgər dillərinə görə dilçəkləri varsa, Milli Şuranı qınamaqdansa buyurub doğru bildiklərini etsinlər. Belə həssas bir zamanda təhlükəsizlik baxımından qanuilnvericiliyin bu tələbinə əməl edilməsi hər iki tərəf, xüsusilə də müxalifət üçün ən doğru addımdır. Bizim mübarizəmiz- dinc və demokratik mübarizədir.

Özünü müxalifət hesab edib mitinqin əleyhinə təbliğat aparanlar isə nəhayət anlamalıdır ki, belə həssas zamanda heç kim- özləri belə udmayacaq, yenə qazanan hakimiyyət, itirən xalq olacaq. Çünki bu mitinqdə hansısa partiyanın, hansısa liderin, hansısa qrupun marağı yoxdur- sadəcə, ortada taleyin ümidinə buraxılmış ümumilli maraq- XALQ ÖZ TALEYİNƏ SAHİB ÇIXMAQ İSTƏYİR! Artıq, mübarizə iqtidar müxalifət müstəvisindən çıxıb ümumxalq mübarizəsinə çevrilibdir. Hər kəs əlini daşın altına qoymalıdır! Ki, bu fürsəti imkana çevirə bilək!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button