2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Vətənə xidmətə görə” ordenli sabiq icra başçısının cəzası azaldıldı

Apelyasiya məhkəməsi hökmü dəyişib

Şirvan Apelyasiya Məhkəməsində Neftçalanın keçmiş icra başçısı, iki ildən çoxdur həbsdə olan İsmayıl Vəliyev və onunla birlikdə cəzalandırılanların şikayətinə baxılıb. Hakim Kamil Bəşirovun sədrliyilə keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, İsmayıl Vəliyev və daha bir neçəsi haqqında hökm dəyişib – onların cəzası azaldılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə İsmayıl Vəliyevə kəsilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib. Onun ictimai-siyasi və humanitar məsələlər üzrə müavini olmuş Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Neftçala rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib.

Hökmə əsasən, adları çəkilən şəxslərdən başqa, icra başçısının birinci müavini olmuş Vurğun Əkbərov 9 il, Neftçala Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov 8 il 3 ay, Memarlıq və Tikinti şöbəsinin müdiri Vüqar Nağıyev və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun hər biri isə 8 il azadlıqdan məhrum edilib.

Həbsdə olan keçmiş icra başçılarından Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev və Kürdəmirdə eyni vəzifəni tutmuş Ceyhun Cəfərova hökm oxunub. Nizaməddin Quliyev 9 il 6 ay, Qoca Səmədov 7 il 6 ay, Ceyhun Cəfərov isə 8 il 6 ay, Mahir Quliyev isə 11 il azadlıqdan məhrum edilib. Qoca Səmədovun cəzası sonradan 6 ilə endirilib.

Keçmiş məmurlar məhkəməyə ifadələrində verilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Adları çəkilən rayonlardan əlavə, Şəmkir, Cəlilabad, İmişli rayonlarının icra başçıları da həbs olunub.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev sentyabrın əvvəlində koronavirusa yoluxaraq, Gəncədə modul tipli xəstəxanada vəfat edib.
Qoca Səmədov, Mahir Quliyev, Nizaməddin Quliyev prezidentin sərəncamıyla “Vətənə xidmətə görə” ordenləriylə təltif olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button