2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vətəndaşa qarşı kobudluğa ABŞ Konqresi qarışdı

Nümayəndələr Palatasının Nəqliyyat Komitəsində “United Airlines” hava yolları şirkətində insidentlə əlaqədar dinləmə keçirilib

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ qanunvericiləri yerli hava yolu şirkətlərinə xəbərdarlıq göndərib – Müştəri xidmətlərini yaxşılaşdırın, yoxsa biz sizi məcbur edərik.

Nümayəndələr Palatasının Nəqliyyat Komitəsi Konqresin keçən ay “United Airlines” hava yolları şirkətində artıq bilet satışı səbəbindən baş verən insidentə reaksiyasını müəyyənləşdirmək məqsədilə dinləmə keçirib.

Nümayəndələr Palatasının Nəqliyyat Komitəsinin sədri Bil Şuster dinləmədə bildirib: “Hər bir pis hadisədən də bir çıxış yolu yeri var. Cənab Gibs və Kapuanonun da qeyd etdiyi kimi hava yolları şirkəti bir araya gəlib çıxış yolu tapmalıdır. Çünki, əgər onlar bunu etməsə, biz tədbir görəcəyik və bu hər kəsə təsir edəcək.”​

“United Airlines” şirkətinin rəhbəri Oskar Munoz təyyarəni tərk etməkdən imtina etdiyi üçün zorla təyyardən çıxarılan Deyvid Dao-dan dəfələrlə üzr istəyib.

Hadisə ABŞ hava yolları şirkətlərində olan keyfiyyətsiz xidmət mövzusu ilə bağlı debatları daha da qızışdırıb.

İstehlakçılar Birliyinin nümayəndəsi Viliam J. Macgi bildirib: “Əsas hava yolları şirkətləri milyonlarla dəyərində sərmayələri ilə öyünürlər. Lakin tədqiqatlar göstərir ki, bu sərmayələr adətən çox az insanın qarşılamaq imkanı olan yüksək səviyyəli xidmətlərin inkişafına sərf edilib. Ekonom kabinlərdə isə vəziyyət acınacaqlıdır. Oturacaqlar dar, qiymətlərə əlavə edilən yeni və yüksək ödənişlər, xidmət çatışmazlığı və bütün bunların fonunda üstəlik müstəriyə qarşı hörmətsizliklər edilir.”

Munoz toplantıda Amerika, Cənubqərb və Alyaska hava yolları şirkətlərinin rəsmiləri ilə birlikdə iştirak edib.

“United” və başqa hava yolları şirkətləri artıq bilet sifarişi ilə bağlı qaydalarda dəyişikliklər edildiyinə dair məlumat paylaşıb. Hava yolları rəsmiləri həmçinin onu da qeyd ediblər ki, artıq bilet sifarişi sərnişinlərin bəzilərinin uçuşa gəlməməsi faktına görə həyata keçirilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button