2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəzifəli şəxslərə 27, 5 milyon manat ödətdirilib

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ümumi ziyan isə 83 milyon 486 min manatdır

2017-ci ildə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bizimyol.info-nun məlumatına görə, Korrupsiyaya qarşı mübarizə idarəsinin illik hesabatı zamanı idarənin rəhbəri Kamran Əliyev bildirib ki, , bu şəxslərlə bağlı ümumilikdə 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Onlardan 127 nəfəri mənimsəmə və israf etmə, 67 nəfəri dələduzluq, 35 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 nəfər barəsində rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində vəzifə saxtakarlığında, qalanaları isə digər korrupsiya cinayətləri ilə bağlı ittiham olunublar.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button