2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Vəzifəli şəxslər müəssisələrini vergidən azad etdiriblər

Kənd təsərrüfatı məhsullarından formalaşan emal məhsullarının satışı vergiyə cəlb olunurmu?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən mənbənin sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı dedikdə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları isə təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən təqdim edilməsi nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button