2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəzifəli şəxslər və deputatlar BDU-dakı işlərindən uzaqlaşdırıldı – SİYAHI

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində adı müəllim kimi işdə gedən deputatları və yüksək vəzifəli şəxsləri bu təhsil ocağından xaric edib.

Əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və bir sıra vəzifə sahiblərinin adı var.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bununla bağlı bildirib ki, professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.

Onun sözlərinə görə, bu müqavilələr müddətli olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır.

“Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.

 

24 saat” “Vəzifəli şəxslər və deputatlar BDU-dakı işlərindən uzaqlaşdırıldı – SİYAHI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button