2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

V.Kliçko:”Kiyev üzərində bir neçə raket vurulub”

Rusiya oktyabrın 22-də Ukraynanın bütün enerji obyektlərinə yeni zərbələr endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya oktyabrın 22-də Ukraynanın bütün enerji obyektlərinə yeni zərbələr endirib.

Yerli rəsmilərin sözlərinə görə, Odessa, Kirovohrad və Lutsk vilayətlərində elektrik stansiyalarına xəsarət dəyib, digər bölgələrdə də elektrik enerjisi ilə bağlı problemlər var.

“Mülki infrastruktura və insanlara qarşı vuruşan terrorçulardan növbəti raket hücumu”, -deyə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak özünün Telegram hesabında yazıb.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin paytaxt üzərində bir neçə raketin vurulduğunu deyir.

Baş nazir Denis Şmıxal hökumətin iclasında bildirib ki, oktyabrın 10-dan 20-dək Rusiyanın zərbələri nəticəsində Ukraynanın 16 regionunda 400-dən çox obyektə, o cümlədən onlarla enerji obyektinə ziyan dəyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

24 saat” “
V.Kliçko:”Kiyev üzərində bir neçə raket vurulub”
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button