2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vahid Əhmədov: “Məcburi köçkünlərin sosial vəziyyəti daim Prezidentin diqqət mərkəzindədir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzaladı.

24saat .org-un xəbərinə görə, fərmanda bildirilir ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin. Bundan əlavə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilməsi tapşırılır.

Fərmanı Publika.az-a şərh edən millət vəkili Vahid Əhmədov qeyd etdi ki, bundan əvvəl prezidentin fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilmişdi: “Bu istiqaməti üzrə ayrılan vəsaitin ünvana çatması məqsədi daşıyırdı. Elə yerlər var ki, orada sayğac quraşdırmaq mümkün deyil. Qaz çəkilişi aparılmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Millət vəkili bildirib ki, prezident hər zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial vəziyyətini diqqət mərkəzində saxlayır: “Bu kimi qərarlar davamlı ola bilər. Vəziyyətə baxılacaq”.

İqtisadiyyat şöbəsi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button