Loading...
Loading...
Xəbərlər

Vaksinlərə qarşı “Əks göstəriş sertifikatı” veriləcək

“Dünyada və ölkədə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır”.

Azərbaycanda sentyabrın 1-dən koronavirusa qarşı peyvənd olunmayan şəxslərin kafe və restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara girişi məhdudlaşdırılacaq. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Obyektlərin girişində COVID-19 pasportu və ya İmmunitet sertifikatı təqdim etməyənlər içəri buraxılmayacaqlar. Sentyabrın 1-dən 18 yaşından yuxarı tələbələrdən də COVID-19 pasportu istəniləcək.

Hazırda isə yalnız idman zallarına, şadlıq saraylarına və dini ibadət yerlərinə gedərkən COVİD pasportu və ya immunitet sertifikatı tələb edilir.

2019-cu ilin sonlarında Çində yaranıb dünyaya yayılan koronavirus 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə bu vaxta qədər ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 5 min 27-nin vəfat etdiyi bildirilib.


24 saat” “Vaksinlərə qarşı “Əks göstəriş sertifikatı” veriləcək” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button