2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Valensa, Navalnı və Azərbaycan müxalifəti…

“Kütlənin liderinin taleyinin necə olacağını proqnozlaşdırmaq çətindir, çünki onun taleyi təkcə özünün fəaliyyətindən asılı deyil, bunu daha çox hakimiyyətlər müəyyən edir”
Rusiyada 26 və 27 mart hadisələrindən sonra başlamış müzakirələr Azərbaycanda müxalifətin daha da parçalanmasına səbəb olmuş 2005-ci il 26 noyabr mitinqini xatırladır. Yada salaq: bir neçə partiyanın birləşdiyi “Azadlıq” blokunun Qələbə meydanındakı aksiyasının “oturaq” olacağının elan edilməsindən sonra hakimiyyət mitinqi dağıtdı, müxalifət tərəfdarları həbs edildi, döyüldü… Blokda birləşmiş müxalifət liderləri bu qərarın AXCP sədri Əli Kərimlinin təkbaşına verdiyi və yanlış qərar olduğunu hələ də deyir… Rusiyada da indi qızğın müzakirələr bu istiqamətdə davam edir. Bir tərəf belə düşünür ki, Aleksandr Navalnının mitinq çağırışları “kal” etirazçı toplumun gözünü qırıb, xüsusilə fəal olan gənclərin “avtozaklara” doldurulması ilə yekunlaşıb. Yəni nəticə olmayıb. Hətta Navalnını keşiş Qaponla müqayisə edənlər də var. Rusiyada digər bir qism isə hesab edir ki, Navalnının çağırışı əksinə, vaxtında olub və o, etirazçı gəncləri təşkilatlandıra bilib. Keşiş Qaponu o zaman Azərbaycandakı 26 noyabr aksiyasına qiymət verənlər də mütləq xatırladıblar…

Rusiya tarixinə “Qanlı bazar” kimi düşən 1905-ci ilin 9 yanvarında Nikolayın güllələtdiyi fəhlələrin qanı hələ də onları çarın sarayının qarşısına aparan keşiş Qaponun üzərindədir. (Doğrudur, tarixi köklərinə qayıdış edən rus millətçi toplumu indi çar Nikolayı az qala mələk kimi təqdim edir. Amma mövzu bu deyil). Dünya mediasının nəhəngləri isə (“The Financial Times”, “The New York Times”, “The Wall Street Journal” və sair) hadisələri daha obyektiv təhlil edərək “Putin nə edəcək və ya nə etməlidir” sualı ətrafında geniş analitik məqalələr yazmaqdadır. Rusiyanın siyasi təhlilçiləri, Kremlin pul kisəsindən asılı olmayan elita da yaranmış durumdan narahatdırlar. Ona görə, indi Rusiya KİV-lərində bu mövzuda məqalələrin sayı artıb. “Navalnı düz edibmi”, “40 yaşlı hüquqşünasa inanmaq olarmı” kimi suallar “göz deşir”.

Sankt-Peterburq Avropa Universitetinin professoru Dmitri Travinin “Navalnı: keşiş Qapon, yoxsa Lex Valensa” başlıqlı məqaləsi bu baxımdan diqqət çəkir. Bu məqalədə Azərbaycan müxalifətinin də əsas bəlası olan “necə birləşmək” ( əslində isə birləşməmək) və “lider kim olmalı?” dilemmasına da bəzi cavablar var…

Saytların yığılması Saytlarin yigilmasi

Məqaləni ixtisarla dərc edirik:

“Siyasətçi insanları küçələrə çıxarırsa, o, riskə gedir. Əgər hakimiyyət özündə güc və cəsarət tapıb qarşıdurmaya gedirsə, dinc aksiyaya qərar vermiş siyasətçi uduzur və təxribatçı damğası alır. Yox, hakimiyyətin ağlı və vicdanı xalqa qarşı silah işlətməməyə çatırsa, bu halda həmin siyasətçi xilaskar kimi tarixə düşür. Məsələn, “dahi elektrik” Lex Valensanın 1980-ci illərdə rəhbərlik etdiyi müstəqil həmkarlar təşkilatı olan “Solidarnost” (“Həmrəylik”) ona görə ciddi antikommunist hərəkatına çevrildi ki, Polşanın o zamankı hakimiyyəti etiraz aksiyalarını qanla boğmağa hazır deyildi. Həbslər oldu, etiraz edənləri qovdular, hakimiyyət bütün gücü ilə demokratikləşmə hərəkatını boğmağa çalışdı. 10 il davam edən mübarizənin nəticəsində hakimiyyət sadə fəhlə Lex Valensa ilə dəyirmi masada oturmağa məcbur edildi. Lex Valensa prezident də oldu. (Bizim qeyd:1983-cü ildə Nobel Sülh Mükafatına layiq görülən Valensa 1990-1995-ci illərdə Polşa prezidenti olub). Amma hakimiyyətin digər gücə əl atacağı təqdirdə Valensa da tarixə təxribatçı kimi düşəcəkdi.

Ümumiyyətlə, etirazçı kütlənin liderinin taleyinin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki onun taleyi təkcə özünün fəaliyyətindən asılı deyil, bunu daha çox hakimiyyətlər müəyyən edir. Rusiyadakı vəziyyətin təhlili göstərir ki, Navalnının gələcək taleyi Valensanın gələcəyi kimi ola bilər, nəinki keşiş Qapon kimi. Hər iki ssenari də olmaya bilər. Amma Moskva bulvarında və ya Piterin Marsov meydanında “qanlı bazarlar”olmayacağı daha çox ağlabatandır. Yəni on il sonra etirazçı elektorat Putini Navalnı ilə danışıqlar masasına oturda bilər.

Bəs, Valensanın uğurunun səbəbi nə idi? Onda ağıllı və siyasi mübarizəyə hazır lider keyfiyyətləri yox idi. O, necə Polşa uğrunda mübarizə apardığını belə yaxşı başa düşmürdü. Qdanskli sadə fəhlə rafinə (təmizlənmiş) edilmiş Polşa ziyalıları üçün cəlbedici də deyildi. Amma o qalib gəldi…

Bunun əsas səbəbləri sırasında, qeyd edildiyi kimi, hakimiyyətin etirazçı kütləyə səbrli davranışları da var idi. Həmkarlar təşkilatı olan “Həmrəylik” Valensanın rəhbərliyi ilə təkcə fəhlə sinfini deyil, dəyişiklik istəyən bütün müxalifət təşkilatlarını özündə birləşdirə bildi. Həm Avropayönümlü liberallar, islahatçı əhval-ruhiyyəli marksistlər və katoliklər “Həmrəylik” də birləşə bildilər. Bu fəhlə təşkilatında birləşənlər isə hərə özlüyündə arzuladığı Polşanı qurmaq istəyərdi. Amma necə Polşa olacağı indilikdə hədəf deyildi, əsas məqsəd etiraz aksiyalarını təşkilatlandırmaq idi. Bu iş isə xarizmatik fiqur olan elektrik Valensanın personasına çox uyğun gəlirdi… İndi bu missiyanı Rusiyada Navalnı həyata keçirir.

O özünü 90-cı il Polşasındakı Valensa kimi aparır. Ona qarşı kifayət qədər və əsaslı iradlar var. Bir çoxumuz başqa bir protest elektoratı yönəldə biləcək, ruhumuza yaxı olan lider arzusundayıq. Elə polşalılar da 80-cı illərdə bunu arzu edirdilər. Amma onlar sadə və hətta dikbaş Valensanın rəhbərliyi altında buna nail oldular. Polşanın o zamankı tarixini təhlil edənlər çətin ki, Valensaya bütün qüsurlarına baxmayaraq, alternativ ola biləcək başqa bir liderin adına rast gələ bilərlər”.

Musavat.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button