2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Valideynlər məktəbli formalarının bahalaşmasından narazıdır

Əhalinin hazırkı iqtisadi vəziyyətinin dəyişəcəyinə bəslənən ümidlər hər gün azalmağa doğru gedir. Gündəlik qida ehtiyacını təşkil edən ərzaq məhsullarının artan qiyməti, buna müvafiq inflyasiyanın yüksək həddi pozitiv düşünməyə imkan vermir. Sosial-iqtisadi yaşam tərzinin hazırkı ağır həddi azmış kimi, məktəbli formalarının qiymətində artımın olacağı da əhalinin vəziyyətini çətinləşdirib. Tədris ilinin bitməsindən keçən az müddətdə valideynlər hələ azad nəfəs almamış, Bakı Tikiş Evindən verilən xəbər cəmiyyətdə narahatlıq yaradıb. Belə ki, BTE satış şöbəsinin rəisi Etibar Əzimov formanın parçasının Türkiyədən dollarla alındığı üçün qiymət artımını labüd sayıb. O, dolların bahalaşacağı təqdirdə, məcburən qiymət artımına gediləcəyini deyib. Onun dediklərindən belə çıxıb ki, həmin formalar heç də baha deyil.

Amma orta təbəqəyə məxsus bir ailənin aylıq real gəlirini nəzərə alanda, məktəbli formalarının qiymətindəki cüzi artım da onlara böyük yükdür. Həmçinin, bir evdən bir neçə uşaq məktəbə gedirsə, onların təhsilə aid xərcləriylə bərabər, məktəbli formalarının bahalaşan qiyməti də valideynlərin olduqca çətin duruma düşməsi deməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Tikiş evinin rəsmi nümayəndəsi bahalaşmanın səbəbini dolların məzənnəsinin qalxmasıyla əlaqələndirir. Belə çıxır ki, üzən məzənnə sistemində dollar qalxdıqca, idxal məhsullarının da qiyməti artmaqda davam edəcək. Belə olan halda, bir uşağın normal şəkildə məktəbə getməsi ailəyə yüksək xərc hesabına başa gələcək. Qeyri-neft sektorunun inkişaf etdirilməsi barədə iqtisadçılar haray salanda, rəsmi simalar onlara etinasızlıq göstərirdilər. Hazırda idxal asılılığı əhalinin zərərinə işləyir. Məktəbli formalarının parçasının xaricdən alınması qiymətlərin qalxmasını qaçılmaz edir. Ölkənin qeyri-neft sektorunun vacib sahələrinin inkişaf etdirilməsi əhalinin xeyrinə olardı. Bu təkcə əlavə iş yerlərinin açılması deyil, sadəcə, bir məktəbli formasına olan ehtiyacın daxildə həll edilməsinə imkan açardı. Sözsüz ki, o zaman hər il bu formaların qiymətinin artması problemi də həllini tapardı. İndilikdə isə, rəyini soruşduğumuz valideynlərin hamısı formaların qiymətinin artılacağına birmənalı şəkildə etiraz edirlər. Valideynlər hətta bununla bağlı məktəblərdə valideyn iclasının keçirilməsində də qərarlıdırlar. Bir valideynin etirazı isə əlaqədar qurumlara ünvanlanıb: “Qiymətləri qaldırmaqla nə demək istəyirsiniz? Belə olsa, övladlarımızı məktəbə göndərməyəcəyik!”

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button