2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

Valyuta bazarı da “öldürüb”

Nemət Əliyev: “Xarici bazarlardan asılılıq səviyyəsinin yüksək olduğu bir şəraitdə, hər-hansı iqtisadi fəallıqdan danışmaq yersizdir”

“Valyuta bazarı canını tapşırıb. Belə bir şəraitdə tənəzzülün dağıdıcı təsirindən asanlıqla yaxa qurtarmaq əsla mümkün deyil”. Bu barədə iqtisadçı Nemət Əliyev facebook statusunda yazıb. İqtisadçının sözlərinə görə, xarici bazarlardan asılılıq səviyyəsinin yüksək olduğu bir şəraitdə valyuta bazarının zəiflədilməsindən sonra hər-hansı iqtisadi fəallıqdan danışmaq yersizdir: “Mərkəzi Bankın yaydığı məlumatlardan məlum olub ki, cari ilin birinci rübündə “dollar”ın alış-satış dövriyyəsi daha 1,8 milyard və ya 33,5% azalıb (ötən ilin eyni dövrü ilə müqayisədə). Bu rüblük göstəricinin ötən il 6 dəfə və ya 18 milyard dollar azalmasını da nəzərə almış olsaq, o zaman valyuta bazarının nə kökə salınmasını daha bariz təsəvvür etmək mümkündür. Qeyd edək ki, I rübdə ümumi valyuta əməliyyatlarının 82,2%-i ABŞ dolları ilə aparılıb.
Nağd valyuta bazar seqmentində “dollar”ın xalis satış həcmi bu ilin birinci rübündə 2 dəfə azalaraq 77 milyona enib. Bu sonuncu göstərici 2015-cı illə müqayisədə 56 dəfə, 2014-cü illə müqayisədə 23 dəfə düşüb.
Xarici bazarlardan asılılıq səviyyəsinin yüksək olduğu bir şəraitdə valyuta bazarının bu dərəcədə zəiflədilməsindən sonra hər-hansı iqtisadi fəallıqdan danışmaq yersizdir”.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button