2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Valyutası ucuzlaşan ölkələrin iqtisadi vəziyyəti ağırlaşır

Rubl da kəskin ucuzlaşdı

Sentyabrın 6-da keçirilən hərraclarda rublun dollar və avroya nisbətən məzənnəsi kəskin ucuzlaşaraq iki illik minimuma yaxınlaşıb. Moskva birjasının yaydığı məlumata görə, avronun məzənnəsi 80,4 rubl, dollaırn isə 69,05 rubla qədər yüksəlib. Bu 2016-cı ilin martından ən yüksək göstəricidir.

“Renessans Kapital”ın analitikləri dolların 82 rubla qədər bahalaşacağını proqnozlaşdırırlar. İqtisadçılar hesab edirlər ki, buna ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar səbəb olacaq.

Ümiliyyətlə, İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında baş verənlər qlobal bazarların ən vacib gündəminə çevrilib. Xüsusilə, Türkiyə, Cənubi Afrika, Argentina, Braziliya, Hindistan, eləcə də, Rusiyada valyutaların dollara nisbətdə ucuzlaşması, maliyyə aktivlərinin dəyərsizləşməsi beynəlxalq investorları narahat etməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Valyutaların ucuzlaşması

Hazırda Türkiyə və Argentinanın monetar vəziyyəti ürəkaçan deyil. Bu ilin əvvəlindən türk lirəsi dollara nisbətdə 76.09 faiz dəyərdən düşüb. Argentina pesosunda dəyər itkisi isə 109.22 faizə çatıb. Rus rublu dollara nisbətdə 18.34, Braziliya realı 25.49 faiz, Cənubi Afrika randı 25.58 faiz, Hindistan valyutası 12.40 faiz zəifləyib.

Nəzərə alsaq ki, sözügedən altı ölkənin hamısı ixracyönümlüdür, valyuta itkisi bu ölkələrin mallarını ucuzlaşdırıb.

İnflyasiya

Altı ölkənin ən ciddi problemlərindən biri də inflyasiyadır. Argentinadan başlayaq. Ölkədə inflyasiya 47.10 faiz təşkil edir. Türkiyədə inflyasiya 17.90, Rusiyada 2.5, Braziliyada 3.14, Cənubi Afrikada 5.10, Hindistanda 4.17 faizə bərabərdir.

Qeyd edək ki, Rusiya, Braziliya, Cənibi Afrika, eləcə də, Hindistanda inflyasiya təkrəqəmli olsa da, bu faiz nisbətləri adıçəkilən dövlətlər üçün son illər yaşanılan ən yüksək inflyasiya göstəricisidir.

Qeyd edək ki, yüksək inflyasiya inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatları, əhalisi üçün heç də xoş günlər vəd etmir. Belə ki, qiymət artımları ölkədə yaşam şərtlərini ağırlaşdırır.

Tədiyyə balansı kəsiri

Təbii ehtiyatları olmayan ölkələrin daha bir problemi tədiyyə balansındakı kəsirdir. Məsələn, Türkiyə, Cənubi Afrika, Hindistan, Argentina, Braziliyanın tədiyyə balansında kəsir, Rusiyanın tədiyyə balansında müsbət saldo qeydə alınıb.

Türkiyənin tədiyyə balansının kəsiri ÜDM-in 5.5 faizinə, bu il 6.5 faizinə bərabər olub. Enerji sektorunda qiymətlərin artımı, eləcə də, ölkədən valyuta axını kəsirə mənfi təsir göstərib. Argentina üzrə bu rəqəm 6.3, Cənubi Afrikada 4.8, Hindistanda 2.5 təşkil edir.

Bildirdiyimiz kimi, Rusiya təbii ehtiyatlara malik olduğundan tədiyyə balansında 3.6 faiz müsbət saldo müşahidə olunur.

İqtisadi artım tempi

Hindistan, Türkiyənin iqtisadi artım tempi sözügedən digər üç ölkəni – Braziliya, Rusiya, Argentinanı qabaqlayır.

Məsələn, Türkiyədə iqtisadi artım tempi 7.4, Hindistanda 8.2 faiz təşkil edir. Argentinanın iqtisadi artım tempi 3.6, Brazilyanın 1, Rusiyanın 1.8 faizdir. Cənubi Afrika isə ressesiyaya girib. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 0.7 faiz kiçilib. Gözləntilər isə 0.6 faiz iqtisadi artım yönündə idi.

Məlumat üçün onu da bildirək ki, Cənubi Afrika iqtisadiyyatı 2009-cu ildən bu tərəfə ilk dəfədir ressesiya ilə üzləşib. Kənd təsərrüfatı istehsalında və istehlak xərclərində durğunluq Afrikanın sənayeləşmiş iqtisadiyyatına təzyiq göstərir.

Uçot dərəcəsi

Uçot dərəcəsi bu ölkələrin pul siyasətinin ən kritik nöqtəsidir. Valyutalarında dəyər itkisi yaşayan ölkələrdə Mərkəzi Bankların valyuta bazarına təsir etmək üçün əsas siları uçot dərəcəsidir.

Türkiyədə davamlı müzakirə mövzusu olan faiz dəhlizi Mərkəzi Bank tərəfindən 17.75 faizə yüksəldilib. Qurumun sentyabrın 13-də keçirəcəyi toplantısında pul siyasətində dəyişiklik edəcəyi gözlənilir. Ekspertlərin rəyinə görə, Türkiyə Mərkəzi Bankı bu iclasında da uçot dərəcəsini artıracaq.

Argentina Mərkəzi Bankı isə ötən həftə uçot dərəcəsini 45 faizdən 60 faizə qaldırdı. Braziliya, Cənubi Afrika və Hindistanda isə uçot dərəcələri 6.50 faiz təşkil edir.

İflas riski

Daha bir göstərici beş illik “Credit Default Swap”dır (CDS). Türkiyənin beş illik CDS-ləri son dönəmdə sürətlə artaraq, 550 səviyyəsinə çatıb. Argentina da bu yöndə kifayət qədər pis vəziyyətdədir. Argentina ödəmə vaxtı yaxınlaşan dövlət borclarını qaytara bilməyəcəyindən çəkinir.

(oxu.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button