Loading...
Loading...
ÖLKƏ

Vaqif Abdullayevin ”başını pambıqla kəsəcklər” – İcra başçısının pambıq təxribatı – Savash.org



Beyləqanda pambıq yığımına başlanılmayıb, çünki icra başçısının səriştəsizliyi üzündən pambıq çox gec əkilib

Bu ildən etibarən dövlət pambıqçılığın inkişafına xüsusi diqqət ayrırıb. Pambıq əkini artıq ”Dövlət proqramı” ilə həyata keçirilir. Pambıqçılığın inkişafı birbaşa prezident İlham Əliyevin nəzarəti altındadı. Dövlət başçısı bölgələrə səfərləri zamanı əkin sahələrinə baş çəkir, pambıqçılarla görüşür, bu sahəninin ölkəmiz üçün vacibliyini vurğulayaraq öz tapşırıqlarını verir.

Bu ildən etibarən ölkənin müxtəlif bölgələrində, xüsusən hə Mərkəzi-Aran rayonlarında on min hektarlarla pambıq əkilib. Belə rayonlardan biri də Beyləqandır. Beyləqanda təxminən 4 min hektara yaxın pambıq əkilib. Lakin bu sahədə ciddi problemlər var.

MilliYol.Az-a daxil olan məlumata görə, bütün rayonlar pambıq yığımına başlasa da, Beyləqanda hələ heç bir tərpəniş yoxdur. Beyləqan İcra Hakimiyyətindəki mənbəmizin verdiyi məlumatda bildirilir ki, pambıq yığımının başlamamasının əsas səbəbkarı məhz icra başçısı Vaqif Abdullayevdir.

Belə ki, icra başçısının səlhənkarlığı və məsuliyyətsizliyi üzündən Beyləqanda pambıq bütün rayonlardan gec əkilib. İnformasiya mənbəmiz bildirir ki, icra başçısının başı digər işlərə qarışdığından pambıq əkmək yadındna çıxmışdı. Halbuki pambıçılıq dövlətimiz üçün hazırda ən önəmli məsələlərdən biridi. Azərbaycan özünün ”Ağ qızılı” ilə dünyada tanınan ölkə olub. Prezident İlham Əliyev pambıqçılığın inkşafı üçün bütün vasitələrdən istifadə edir. Buna misal olaraq dövlət başçısının mütəmadi rayonlara səfərlərini deyə bilərik. Dövlətin bütün səylərinə baxmayaraq, Vaqif Abdullayev bu işə dırnaqarası yanaşır, heç bir məsuliyyət hissi keçirmir.

Məlumatlı mənbə bildirir ki, pambıq əkimi üçün lazım olan vəsaiti yerli fermerlərin üzərinə qoyan Vaqif Abdulayev indi çətin vəziyyədə qalıb. ”İcra başçısı kənd icra nümayəndələrinə məcburi pambıq əkdirib ki, bunun da pambıqçılığın inkşafına, məhsuldarlığın artmasına heç bir aidiyyatı yoxdur. Prezident İlham Əliyev ölkəmizdə pambıqçılığı dirçəltməklə orta sahibkarlığı inkişaf etdirməyə və kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırlmasına çalışır. Amma Vaqif Abdullayev kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə məcburi pambıq əkdirib” deyə mənbə bildirir.

İcra Rakimiyyətindəki mənbəmiz iddia edir ki, Beyləqanda Aqroservis texnikalarının bir əldən idarə edilməməsi və cavabdeh məmurların səlhənkarlığı pambıq əkən vətəndaşları çətin vəziyyətə salıb. Bu sahənin digər ciddi problemi suvarma ilə bağlıdı. Bu problemlə qarşılaşan fermerlər dəflərlə İcra Hakimiyyətinə öz etirzalarını bildiriblər. Lakin nəticəsi olmayıb.

Bütün bunlar onu göstərir ki, Beyləqanda pambıqçılığın inkişafı Vaqif Abdullayevin maraq dairəsində deyil. Sovet dövründə Beyləqan pambıqçılıq sahəsində öncül rayonlardan biri olub. İndi dövlət bu sahəninin yenidən dirçəlməsi üçün bütün tədbirləri görür. Amma Beyləqanda məmurların özbaşınalığı, məsuliyyətsizliyi, yalnız öz maraqlarını düşünməsi bütün səylərin nəticəsiz qalması ilə nəticələnir. Maraqlıdı, pambıq mövsümünün sonunda Vaqif Abdullayev ölkə rəhbərliyinə hansı cavabı verəcək? Dövlətin əkin sahələrində batrılmış milyonlarının hesabını necə verəcək? Ümid edək ki, bu suallar tezliklə öz cavabını tapacaq.

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Savash.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button