2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaqif Haclbəyli: “Azərbaycanda “Müsavat” adlı qəzet yoxdur”

Son dövrlər, hörmətli yazıçılarımız Anarın və Çingiz Abdullayevin kitablarının yandırılmasına dair təkliflərin olduğu barədə çox söz-söhbət gəzir.

Kitabların yandırılması təklifinə şəxsən mən rast gəlməmişəm. Amma hörmətli Çingiz müəllimin öz səhifəsində rus dilində yazıb paylaşdığı statusunu oxuyanda elə təəssürat yaranır ki, sanki bu təklifləri “Azadlıq” radiosu və “Musavat” qəzeti məqsədli şəkildə təşkil edib.

Bizdə o adda qəzet ümumiyyətlə yoxdur və kifayət qədər oxumuş adam kimi Çingiz bunu çox yaxşı bilir. Bizdə ümumiyyətlə müxalifətə aid heç bir qəzet qalmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bunları bilə-bilə, hörmətli yazıçımız məqsədli şəkildə insanları demokratik qüvvələrə qarşı yönləndirir və etiraf edim ki, onun statusunun altında olan çoxsaylı şərhlərdən görünür ki, bu xeyirxah olmayan istəyinə müəyyən qədər nail ola bilib. Həmin şərhlər kin, nifrət, söyüş, təhqirlə doludur. “Маразм”, “фашист”, “debilı”, “нелюди”, “мракобесие”, “зверье”, “cобака лает, караван идёт”.

Hətta bir qoçaq zorakılıqla bağlı təhdidlərini dilə gətirməkdən çəkinmir.(“Кулак ярости еще в полном порядке”). Bu təhdidlər, qaragüruhçu hədə və təhqirlər demokratik müxalifətə qarşı yönəlib. Burada saxta profillərlə istənilən adam istənilən şeyi yaza bilər.

Amma Çingiz Abdullayevə onların kimliyini arayıb, axtarmaq heç lazım olmayıb. Bu gün onun keşiyində sayıqlıqla duraraq müdafiə etdiyi irticanın hədəfləri hamıya məlumdu və Çingiz müəllim də o hədəfləri çox dəqiq göstərib: “Azadlıq”, “Musavat, İsa Qəmbər, Mehman Əliyev. Yuxarıda qeyd etdiyim bütün həqarətlər və iftiralar da məhz, onlara qarşı yönəlib.Amma, onların kitab yandırılması söhbəti ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Kimlərisə sizlərə qarşı ədalətli olmayan mövqeyə görə susmaqda ittiham etməmişdən əvvəl bəlkə düşünəsiz, bəlkə sizlər də bu gün danışmaq, etiraz səsinizi ucaltmaq əvəzinə susursunuz, Çingiz müəllim.

Nə vaxtsa,kimi isə siyasi məhbusluqdan azad edib zaminə götürübsünüzsə, bunu həmin insanların başına qazanc etmək, gözə soxmaq ziyalıya yaraşmır. Bu gün ölkədə onlarla vicdan məhbusu var. Vicdan məhbusları heç bir günahı olmayan adamlardı. Onların bircəciyi barəsində səsinizi ucaltdınızmı? İstənilən adamın prezidentliyə namizədliyini dəstəkləyə və təbliğatını da apara bilərsiniz.

Amma bu tipik sovet təcrübəsinə uyğun inzibati amirlik qaydasında yuxarıdan təşkil olunan kollektiv toplantıda olanda, insanlar bu olaya adekvat münasibət bildirirsə, bu tamamilə təbiidir.

Burada anormal olan əslində Sizin və hörmətli Anar bəyin bu cür reaksiyalara olan qeyri adekvat, isterik münasibətidir.

Bir də Sizə irad olub ki, zəhmət çəkin, təbliqatınızı qanunla müəyyən edilən vaxt çərçivəsində aparın, seçki qanunvericiliyini pozmayın.

Bu konkret iradlara cavab vermək əvəzinə, mənbəyi məlum olmayan kitab yandırılması söhbətini ortaya atıb demokratik qüvvələrə qarşı qara piar kampaniyasını aparmaq nə Sizə, nə də hörmətli Anar bəyə əlavə nüfuz gətirmir.

Bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button