2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Vaqner” Baxmutdakı cəbhə xəttinin dağılmasından narahatdır

Yayımlandı: 6 Mart 2023 13:24

Yevgeni Priqojin: “Hələlik biz anlamağa çalışırıq: bu, adi bürokratiyadır, yoxsa xəyanət?”

“Vaqner” qrupunun rəhbəri deyir ki, Rusiyanın Baxmutdakı mövqeyi vəd edilmiş sursat olmadan risk altındadır.

Saytların yığılması Saytlarin yigilmasi

“Vaqner” Rusiyanın muzdlu döyüşçülərdən ibarət qrupudur.

Hazırda qrup Ukraynanın şərqindəki Baxmut şəhəri ətrafındakı mövqelərdə döyüşür.

Qrupun rəhbəri bildirib ki, qoşunlarına zamanında döyüş sursatı çatmazsa, vəziyyətləri yaxşı olmayacaq.

Ukrayna hərbi rəsmiləri və analitikləri, həmçinin Baxmutun cənubundakı Vuhledar şəhəri yaxınlığında döyüşən Rusiyanın 155-ci briqadasına qarşı da qoruma mövqeyində olduqlarını, onların şəhəri ələ keçirmək cəhdlərinin hələlik, uğursuz olduğunu bildirirlər.

Rusiya Müdafiə Nazirliyi martın 5-də qüvvələrinin Zaporojiya vilayətinin cənub-şərqində Ukraynanın Azov alayının komanda mərkəzini vurduğunu bildirib.

Nazirlik hücumla bağlı ətraflı məlumat verməyib.

“Reuters” yazır ki, döyüş meydanında vəziyyətin necə olması barədə məlumatları təsdiqlədə bilməyib.

Vaqnerin rəhbəri Yevgeni Priqojin deyib ki, əgər onun qüvvələri fevralda Moskvanın vəd etdiyi sursatları almasa, Rusiyanın Baxmut yaxınlığındakı cəbhə xətti dağıla bilər:

“Hələlik biz anlamağa çalışırıq: bu, adi bürokratiyadır, yoxsa xəyanət?”.

Muzdlu qrupun rəisi mütəmadi olaraq Rusiyanın müdafiə rəislərini və yüksək səviyyəli generallarını tənqid edir.

Yevgeni Priqojin. Foto: “Reuters”

Keçən ay o, müdafiə naziri Sergey Şoyqu və digərlərini adamlarına sursat tədarükünü gizlətdiklərinə görə “xəyanətdə” ittiham etmişdi.

Martın 4-də “Vaqner” Qrupunun “Telegram” kanalında yayımlanan təxminən dörd dəqiqəlik videoda Priqojin bildirib ki, onun qoşunları Rusiyanın müharibədə uduzacağı təqdirdə hökumətin onları mümkün günah keçisi kimi qurmaq istəməsindən narahatdır.

Baxmutdakı Ukrayna qoşunlarının komandanı Vladimir Nazarenko bildirib ki, onlara hələ geri çəkilmək əmri verilməyib və “müdafiə çətin şəraitdə saxlanılır”.

“Baxmutda və onun ətrafında vəziyyət bütün şərq cəbhəsində olduğu kimi cəhənnəmə bənzəyir”, – Nazarenko “Telegram”da yayımladığı videoda bildirib.

Ukrayna ordusu bazar ertəsi səhər saatlarında bildirib ki, onun qüvvələri ötən gün ərzində Baxmut bölgəsində Rusiyanın 95 hücumunu dəf edib.

Rusiya Prezidenti Vladimir Putin bir ildən artıq müddətdir ki, Ukraynaya qoşun yeridib. Bunu “xüsusi hərbi əməliyyat” adlandırıb.

O vaxtdan bəri on minlərlə insan öldürülüb, milyonlarla insan evini tərk etməli olub və Ukraynanın onlarla şəhəri xarabalığa çevrilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button