2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Varlanan “Paşa-holdinq”, Aprel şəhidlərimiz və xalqa veriləcək 190 manat…

Keçən günlərdə xarici mətbuatda Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə haqqında bir yazı çıxmışdı. Bir zamanlar səs-sorağı dünyanı titrədən “Özbək şahzadəsi” indi ev dustaqlığında can çəkir. Hələ oğlu İslam da xaricdən bəyanat verib deyir ki, anası ağır xəstədir və hüquqları pozulur, ona tibbi yardım göstərilmir. Bildiyiniz kimi, onun adı dünyadakı bir sıra böyük korrupsiya qalmaqallarına qarışmış və 2017-ci ilin iyununda Özbəkistan prokurorluğu ona xeyli ittiham əsasında cinayət işi açmışdı. İttihamlar əsasında 12 xarici ölkədə G. Kərimovaya məxsus qeyri-qanuni yolla qazanılmış və dəyəri 1,5 milyard dollardan çox olan aktivlər aşkarlanmışdı. İki cinayət işi üzrə Özbəkistana vurulan zərərin 2 milyard dollar olduğu təsdiqlənmiş və bundan sonra ona məxsus obyektlərə həbs qoyulmasına başlanmışdı. Məhkəmə çox sayda şahid və zərərçəkənlərin ifadələri əsasında onun əmlakına həbs qərarı çıxarmışdı. Bu xəbəri oxuyanda ilk ağlımdan keçən o oldu ki, bir gün Əliyevin qızları  məhkəmə qarşısına çıxanda, onların üzünə neçə zərərçəkən duracaq görəsən? Məhkəmə qurulanda başlarının altından neçə milyard çıxacaq, neçə milyardı müsadirə edib xalqa qaytarmaq mümkün olacaq? Axı illərdir  ölkədə “vurulub” sıradan çıxarılan  hər kəsin var-yoxu onların hesabına keçir. Hətta koronavirusdan da pul qazanırlar, 2016-ci ildə isə aprel döyüşlərindən də. İllərdir onların ailə holdinqi yeddibaşlı əjdaha kimi ölkədə pul qazanan irili-xırdalı şirkətləri udub, bazarı nəzarətə götürüb meydan sulayır. Var-dövlət sarıdan Gülnarə Kərimova heç yel olub onların yanından da ötə bilməz ki.  Xalqdan oğurlanan pullar əvvəl-axır xalqın özünə qaytarılmalıdır. Hələ o pul yoxsul xalqın qanından-canından çıxarılıbsa. Yaxın günlərdə  belə bir xəbər də çıxdı ki, ölkədə dövlət istiqrazlarının yarıdan çox hissəsini “Paşa Holdinq”ə məxsus olan şirkətlər və banklar alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata əsasın “Paşa Bank” qiymətli kağızlara ümumilikdə 1 milyard 157 milyon 219 min manat yatırıb. Bankın hesabatında bunun hansı hissəsinin dövlət və ya qeyri-dövlət olduğu göstərilməyib. “Kapitalbank”ın hesabatına əsasən, bank ticarət və investisiya qiymətli kağızlarına 705 milyon 930 min manat yatırıb. Holdinqə daxil olan sığorta şirkətləri də dövlət QK-lara böyük yatırımlar ediblər. “Paşa Həyat Sığorta” şirkətinin dövlət qiymətli kağızlarına yatırımları 2018-ci ilin sonunda 145 milyon 918 min manat olub. Adamlar prezident ailəsi adından utanmadan ölkənin bütün sərvətlərini ələ keçirib, at oynadırlar. Eynən bir vaxtlar ”özbək şahzadəsi” Gülnarə də belə edirdi.  Adamlar hələ utanmadan bu oğurluq milyonların hesabatlarını şəxsi sərvətləri kimi açıqlayırlar da. Əvvəllər “Pasha Holding”dəki səhmlərin kimə məxsus olduğunu gizləyirdilər. Sonra məlum oldu ki, holdinq Leyla və Arzu Əliyevalara məxsusdur. Rəsmi sənədlərdə “Pasha Holding” MMC-nin bir neçə şirkətdə pay sahibi olduğu açıqlanır. “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”, “Absheron Hotel Group”, “Pasha Development” şirkətlərində onun payı 100%, “Pasha Bank”, “Paşa İnşaat” və “Pasha Travel” şirkətlərində 60%, “Kapital Bank”da 99,87%-dir. Araşdırmalara görə  holdinqin nəzarət etdiyi şirkətlərin və daşınmaz əmlakların sayı 100-dən çoxdur. Bütün bu şirkətlərə məxsus varidatın məbləği, bilirsiniz, neçə milyardlarla ölçülür? Hələ biz ölkədən çıxarılıb xarici banklara, ofşorlara yatırılan pulları demirik. Hələ şantaj yoluyla böyük sahibkarların, nəhəng oliqarxların, nazirlərin əlindən alınan əmlakını, demirik. Hələ Heydər Əliyev Fondu vasitəsiylə yığılan yüz milyonlarla “sələmin” hesabını bilmirik. Hələ bizim oğurluğun daha innovativ forması kimi bazara girən tenderlərdən udulan nəhəng pulların tam məbləğindən xəbərimiz yox.

Bu gün onları müsadirə edib büdcəyə qaytarsalar, bilirsiniz, necə böyük işlər görmək olar? Koronavirus məsələsini tam həll edə bilərik, bütün aprel şəhidlərin ailələrini dolandırarıq. Xalqa 190 manat yox, 190 000 manat vermək olardı. Neçə tələbəni xaricdə oxutmaq, neçə imkansız gəncin təhsil haqqını ödəmək, neçə yoxsul ailəyə uşaqpulu vermək, neçə Qarabağ qazisini xaricdə müalicə etdirmək olar?  Adamlar son on beş ildə bank sektorundan bütün bankirləri, sığorta sektorundan sığorta şirkətlərini, tikinti sektorundan inşaat şirkətlərini, dərman sektorundan dərman şirkətlərini vurub çıxarıb, özlərini pərçimləyiblər ora. Üstəlik, ölkədə elan olunan bütün tender pullarını qamarlamaq üçün təzə fənd öyrəniblər. Xüsusi nəzarət qaydasında işi nəzarətə götürüb, tender elan olunmazdan 3-4 ay əvvəl on manatlıq bir şirkət qeydiyyatdan keçirib, vəsaitləri keçirdirlər öz hesablarına. Xülasə, Azərbaycanın tarixində hələ bu cür acgöz ailə hakimiyyəti görünməyib.Amma hər şeyin bir sonu var, bu acgözlüyün sonu da “özbək şahzadəsi”nin acı sonundan fərqli bir şey olmayacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button