Now Reading:
Vasif Talıbovun polis kürəkəni milyonları mənimsəməkdə ittiham olunur

Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu vəzifəsinin və çalışdığı qurumun, həmçinin yaxın qohumluq münasibətində olduğu vəzifəli şəxsin nüfuzundan sui-istifadə edərək, 30-a yaxın vətəndaşın ümumilikdə milyonlarla manat təşkil edən pulunu mənimsəyib.

DİN zabiti əsasən öz tanışları, yerliləri, dostlarının da aralarında olduqları iş adamları, məmurlar, hətta hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı dələduzluq edərək, onları biznes fəaliyyəti ilə aldadıb və nəticədə pullarını mənimsəyib. Maraqlıdır ki, İ.Salmanovun bu dələduzluq əməli DİN rəhbərliyinə məlum olsa da, onun barəsində heç bir ölçü götürülmür və hətta işinin başında saxlanılır.

Baxmayaraq ki, bu yaxınlarda məsələ DİN rəhbərliyinin gündəmində olub, problemin həllinə müəyyən qədər cəhd olunub və İ.Salmanov hətta bir neçə gün “Bandotdel”də nəzarət altında saxlanılıb.

Təxminən 2 ay əvvəl İ.Salmanov tərəfindən külli miqdarda pulları mənimsənilmiş zərərçəkənlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıblar. Burda onlara qarşı təzyiqlər olunub və məcbur ediliblər ki, öz ifadələrində İ.Salmanova verdikləri pulların miqdarını dəfələrlə az göstərsinlər. Belə də olub. Lakin hətta bundan sonra da zərərçəkmişlərin pullarının ödənilməsi təmin olunmayıb və İ.Salmanov müəmmalı şəkildə, heç nə olmayıbmış kimi DİN-də işinin başına qayıdıb.

Zərərçəkən şəxslərin bir qismi hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb və milyonlarla pul mənimsəmiş polis mayoru İ.Salmanov barədə heç bir tədbir görülməyib.
30-a yaxın vətəndaşın milyonlarla pulunu mənimsəyən İ.Salmanov barəsində heç bir tədbir görülməməsi, hətta onun vəzifəsində saxlanılmasının əsas səbəbi kimi isə onun Vasif müəllimin kürəkəni olmasıdır.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.