2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vasif Talıbovun qardaşı vəzifəsindən azad edilib

Yayımlandı: 29 Dekabr 2022 18:11

Məhərrəm Talıbovun öz ərizəsi əsasında işdən çıxarıldığı deyilir

Naxçıvan Muxtar Respublikası (MR) prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokurorluğun Mətbuat xidmətinin sözçüsü Kənan Zeynalov məlumatı Meydan TV-yə təsdiqləyib.

O bildirib ki, Məhərrəm Talıbov öz ərizəsi əsasında işdən azad edilib və hələlik yerinə təyinat olmayıb.

Məhərrəm Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button