2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vasif Talıbovun qardaşının yerinə Sənan Paşayev göndərildi

Yayımlandı: 30 Dekabr 2022 16:39

Kamran Əliyevin əmrinə əsasən, o, Naxçıvanda Baş prokurorun müavini təyin olunub

Dekabrın 29-da öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Baş prokurorunun müavini vəzifəsindən azad edilən Məhərrəm Talıbovun yerinə təyinat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Sənan Paşayev Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Yeni təyin edilən Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Paşayevin adı vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri və siyasi fəalların istintaq prosesindəkı pozuntularda hallandırılırdı.

O, hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaqı aparmış müstəntiqlərdən biridir.

Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə hallanıb.

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button