2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Vaşinqton Moskva ilə ‘təcili razılaşmaya’ hazırdır


Moskva əvvəlki inadkar mövqeyindən geri çəkildikdən sonra Birləşmiş Ştatlar bəyan edib ki, iki ölkə arasında nüvə silahlarına nəzarətə dair sonuncu qüvvədə olan sazişin – Yeni START müqaviləsinin etibarlılıq müddətinin bir illliyinə uzadılmasına dair “təcili” danışıqlara hazırdır.

Rusiya bildirib ki, müqavilənin müddətinin uzadılması dövründə nüvə başlıqları sayının dondurulması tələbinə razıdır. Lakin Moskva Vaşinqtonun da eyni addımı atmasını istəyir.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus oktyabrın 20-də deyib ki, Vaşinqton Rusiya Federasiyasının nüvə silahlarına nəzarət istiqamətində əməkdaşlıq etməyə hazır olmasını yüksək qiymətləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

Sözçü bildirib ki, ABŞ bu razılaşmanın imzalanması üçün “təcili” qaydada hərəkətə hazırdır.

Bundan bir neçə saat əvvəl Rusiya sözü gedən müqavilənin bir il müddətinə uzadılmasını təklif etmişdi.

Moskva bildirmişdi ki, o Vaşinqtonla birlikdə nüvə başlıqlarının sayını dondurmağa hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin oktyabrın 20-də verdiyi bəyanatda deyilir ki, Moskva əgər Vaşinqton yeni tələblərlə çıxış etməzsə, sözü gedən müqaviləni uzatmağa və nüvə başlıqlarının sayını dondurmağa hazırdır.

 

Rusiya güzəştə gedir

AzadlıqRadiosu yazır ki, Rusiyanın təklifi Yeni START müqaviləsinin uzadılması ilə bağlı Vaşinqton və Moskva arasındakı ixtilafı xeyli azaltmış olur.

Ötən həftə Vaşinqton Rusiyanın bu müqavilənin müddətini “qeyd-şərtsiz” olaraq bir il müddətinə uzatmaq təklifini rədd etmişdi.

Ağ Evin milli təhlükəszlik müşaviri Robert O’Brien oktyabrın 16-da demişdi ki, Rusiyanın ilkin təklifi qeyri-məqbuldur, çünki nüvə başlıqlarının dondurulmasını nəzərdə tutmur.

2010-cu ildə imzalanmış Yeni START müqaviləsi iki ölkənin strateji nüvə cəbbəxanasına məhdudiyyətlər qoyur.

Bu müqavilə Moskvanın istədiyi kimi 5 il müddətinə avtomatik uzadıla da bilərdi.

Ağ Ev bundan əvvəl Rusiya ilə olan bütün böyük nüvə silahı razılaşmalarından birtərəfli qaydada çıxıb.

Vaşinqton Rusiyanı bu müqavilələrin şərtlərini pozmaqda ittiham edir.

 

Avropanın 75 millət vəkili

Trump administrasiyası Rusiya ilə nüvə razılaşmalarına Çinin də qoşulmasını istəyir. Lakin Pekin bu təklifdən qəti şəkildə imtina edib.

Ötən ayın əvvəllərində Rusiya və Birləşmiş Ştatlar Helsinkidə Yeni START müqaviləsinin uzadılması üçün 11 saatlıq danışıqlarda olmuşdular.

O vaxt Vaşinqton bildirmişdi ki, onun müqavilənin müddətinin uzadılmasına razılaşması üçün Rusiya öz nüvə başlıqlarını dondurmağa razılıq verməlidir.

Kreml bu təklifi dərhal rədd etmişdi.

Oktyabrın 13-də Avropa İttifaqının 75 millət vəkili Yeni START müqaviləsinin uzadılmasına çağırmışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button