2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vasinqton səfirliyi qarşısında dava

Türkiyənin Vaşinqton səfirliyi qarşısında prezidenti Rəcəb Tayyib Ərdoğana etiraz edən qrupla Ərdoğanı qarşılamaq üçün toplaşan qrup arasında dava düşüb. Davada doqquz nəfər yaralanıb, iki adam nəzarətə alınıb.

Əllərində PYD (Demokratik Birlik Partiyası) bayrağı və partiyanın sədri Səlahəddin Demirtaşla bağlı plakatlar olan bir qrup səfirlik qarşısındakı sahədə Ərdoğana etirazını bildirib. İqamətgah qarşısında əllərində Türk bayraqları olan başqa bir qrup ora yığışıb. İki qrup arasında yaşanan ilk qarşıdurmadan sonra polis araya girib, ancaq sonra yenidən ara qarışıb. Yaranan qalmaqala Türk mühafizəçiləri də qarışıb. Hadisə yerinə polis qrupları göndərilib. Yaralılar yerli bir xəstəxanaya çatdırılıb.
NBC TV kanalının əməkdaşı hadisə zamanı Ərdoğanın iqamətgahda olduğunu söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button