Loading...
Loading...
SEÇMƏ

Vaşinqtondan Pekinə reverans: Tayvanın müstəqilliyini tanımırıq

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini deyib.

“RİA Novosti“ xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.

“Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və Çinin siyasətinə sadiq qalırıq”, – deyə o bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı Çini tənqid edib.

Diplomat Çini təkcə Asiya qitəsində deyil, bütövlükdə dünyada söz azadlığını və demokratik normaları pozmaqda ittiham edib.

24 saat” “Vaşinqtondan Pekinə reverans: Tayvanın müstəqilliyini tanımırıq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Pentaqon: Rusiya ordusu Putinin planından 2 həftə geri qalır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun