Now Reading:
Vatikan nümayəndə heyəti Azərbaycana gələcək

Bakıda fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasim keçiriləcək.

“Basta” “Report” istinadən xəbər verir ki, bu barədə Katolik Kilsəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, müvafiq ritual Bakirə Müqəddəs Məryəm katolik kilsəsinin binasında keçiriləcək. Mərasimdə Vatikan, eləcə də Rusiya və Gürcüstanın Katolik Kilsələrinin nümayəndə heyətləri iştirak edəcək.

Fevralın 13-də Bakıda bu hadisə ilə əlaqədar rəsmi ziyafət veriləcək və orada Azərbaycan siyasətçiləri və ictimai xadimləri iştirak edəcəklər.

Xatırladaq ki, ötən ilin dekabr ayında Vatikan Roma Papası Fransiskin müvafiq fərmanla V.Feketeni yepiskop rütbəsinə qaldırdığını açıqlayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.