2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Vatikanla ABŞ münasibətləri gərginləşir — Papa Trampı Hitlerə bənzətdi

Katoliklərin ruhani lideri Papa Fransislə ABŞ prezidenti Donald Tramp arasında mübahisə davam edir.

Papa tənqidlərin dozasını artıraraq Trampı Hitlerə bənzədib. Papa deyib: “Hitler iqtidarı zəbt etməyib, xalqı ona səs verib”.

Vatikan lideri qəzetə verdiyi müsahibədə bu sözləri deyib: “Böhranlar qorxu və panikaya səbəb olur. Fikrimcə, Avropadakı populizm mənasında ən yaxşı misal 1933-cü ilin Almaniyasıdır. 1930-cu il böhranından sonra Almaniya çətin vəziyyətdə idi. Ölkənin ayağa durmaq və yeni liderə ehtiyacı var idi. Bu lider Almaniyaya kimliyini yenidən qazandırmalı idi. Adolf Hitler adlı bir gənc “Mən bunu edə bilərəm”-dedi. Bütün Almaniya ona səs verdi. Hitler iqtidarı zəbt etməyib, xalqı ona səs verdi. O isə xalqını da, özünü də məhv etdi. Bu, təhlükədir”.

Papa Fransesko deyib ki, Donald Tramp ABŞ prezidenti oldu və bütün dünya bu səbəbdən gərginliyə üz tutub: “Səbr edib görmək lazımdır. Önyarqılı olmaq istəmirəm. Necə hərəkət edəcəyini, nələr edəcəyini görəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkiləri kampaniyasında Papa Tramp haqqında belə demişdi: “Körpülər tikmək yerinə divar tikməyə çalışan xristian deyil”.


Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button