2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaxtilə ermənilərin bayramı olan 2 sentyabr kədərli günə çevrildi

Bakı/01.09.21 Bir neçə gündür Ermənistan mətbuatı ölkə rəhbərliyinin 30 ildə ilk dəfə “Arsaxın müstəqillik günü”nə həsr olunmuş tədbirlərdə iştirak etməyəcəyini yazır. Həm də söhbət 30 illik yubileydən gedir.

Ötən illərdə Ermənistan rəhbərliyi bayramda mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Amma indi, müharibədəki məğlubiyyətdən sonra ermənilər Qarabağa gedən yolun rus sülhməramlılarının nəzarəti altında olduğunu, onlara Azərbaycan hərbiçilərinin “nəzarət etdiyini”, onların Ermənistandan gələn hər bir şəxsi gördüyünü qeyd edirlər.

Amma matəm bununla bitmir. Bu il Ermənistan baş naziri və prezidenti hələ də sentyabrın 2-də qeyd olunan Qarabağın “müstəqilliyinin” ildönümü ilə bağlı müraciət yaymayıb.

Saytların yığılması Saytlarin yigilmasi

1991-ci ilin məhz bu günündə Qarabağ “parlamenti” Azərbaycandan müstəqilliyini elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button