2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Venesuela Ali Məhkəməsi qərarını geri götürüb

Venesuela Ali Məhkəməsi parlamentin səlahiyyətlərini əlindən alma və millət vəkillərinin toxunulmazlıqlarını qaldırma qərarını geri götürüb.

Venesuela Ali Məhkəməsi 2016-cı ilin avqust ayında, müxaliflərin əksəriyyətdə olduğu Parlamentin seçkilərdə korrupsiyaya yol verdikləri iddia edildiyi üçün vəzifələri təxirə salınan üç vəkilin and içməsinə icazə verərək, qanunları pozduğunu bəyan etmişdi. Məhkəmə bundan sonra da parlamentin səlahiyyətlərinin müddətsiz olaraq ləğv edilməsinə qərar vermişdi. Məhkəmə qərarına səbəb  kimi parlamentdəki əksəriyyətin hüquqi aktlara uymaması və məhkəmənin qərarlarını heçə sayması göstərilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq səviyyədə reaksiyalara gətirib çıxaran qərar ölkə içində də tənqidlərə səbəb olmuşdu. Baş prokuror Luisa Orteqa Diaz Yüksək Məhkəmənin qərarını “konstitusiyanın pozulması” olaraq qiymətləndirmişdi. Qərarı “hökumət çevrilişi” kimi qiymətləndirən Məclis sədri Borges etiraz çağırışı etmişdi.

Məhkəmənin qərarına etiraz nümayişləri davam edir. Müxalifət şənbə günü paytaxt Karakasda etiraz nümayişi çağırışı edib. Yüksək Məhkəməyə yaxın olaraq qiymətləndirilən Maduro müxalifət tərəfindən “çevriliş” etməkdə günahlandırılır.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button