2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Venesuela parlamenti Maduroya impiçment elan edir – SİYASİ BÖHRAN

Venesualanın Milli Assambleyası bu gün ölkə prezidenti Nikolas Maduroya qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib.

Virtualaz.org bildirir ki, məlumatı Capitolio TV yayıb. Məlumatda bildirilir ki, əksəriyyəti müxalifətçilər olan parlamentarlar Maduronun noyabrın 1-də ali qanunverici məclisə çağırılması təklifinin də lehinə səs veriblər.

Xatırladaq ki, ölkə müxxalifəti Nikolas Maduronu referendum vasitəsilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. İqtidardakı Sosialist Partiyasının əleyhdarları referendumun keçirilməsi üçün səs toplamağa başlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Müxalifətçilər üçün referendumu 2017-ci il yanvarın 10-dək keçirmək çox önəmli məsələdir, çünki referendum həmin tarixdən gec keçirilərsə, Maduro prezident postundan kənarlaşdırılsa belə, 2019-cu ilədək ölkəni onun təyin edəcəyi vitse-prezident idarə edəcək.

Bir daha xatırladırıq ki, son parlament seçkilərində deputat yerlərinin əksəriyyətini müxalifətçilər qazanıb. Siyasi böhran həm də ölkənin əsas ixracat malı olan neftin qiymətinin dünyada düşməsi səbəbindən, iqtisadi problemlərin artması fonunda baş verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button