2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Venesuela prezidenti referendum keçirəcəyini bəyan edib

Venesuela prezidenti Nikolas Maduro mövcud parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan edib. “Report” BBC-yə istinadən xəbər verir ki, Maduronun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaq.
Mövcud parlamentdə prezident Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir.
Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir. Onlar buna görə də Maduronun islahatına qarşı çıxırlar.
Məlumata görə, aprelin 1-dən ölkə prezidentinin bu ideyasına qarşı etiraz aksiyaları keçirilir. İndiyədək aksiyaçılarla poli arasında baş verən toqquşmalar nəticəsində 60 nəfər ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button