2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Venesuela rəqəmsal milli valyutasını dövriyyəyə buraxır

Venesuela Mərkəzi Bankı bu il oktyabrın 1-dən dövriyyəyə rəqəmsal bolivar buraxacaq.

Rəqəmsal pulun buraxılışı ilə paralel olaraq ölkədə denominasiya həyata keçiriləcək.

Nəticədə milli valyutanın nominalından 6 sıfır yığışdırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Rəqəmsal bolivarın dövriyyəyə buraxılması ölkənin hiperinflasiya vəziyyətindən çıxmasına dəstək məqsədi daşıyır. Ölkədə bir fincan kofenin qiyməti il ərzində 2 542 % artaraq 7 662 898 bolivar (1,9 ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, daha əvvəl 2018-ci ildə həyata keçirilən denominasiya zamanı bolivardan 5 sıfır götürülüb. Yeni pul vahidi o zaman təminçisi neft olan “El Petro” adlı kriptovalyutaya bağlanıb. Lakin milli kriptovalyutaya əhali arasında tələbat yoxdur. Pərakəndə satıcılar onu ödəniş vasitəsi kimi qəbul etmirlər.

report

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button