Loading...
Loading...
Dünya

Venesuelada CNN telekanalının əməkdaşına hücum edildi

Amerikanın CNN telekanalının Venesueladakı jurnalisti Osmari Hernandezə Karakasdakı seçki məntəqəsi yaxınlığında hücum olunub. Hücum nəticəsində jurnalist əlindən xəsarət alıb.

Məlumata görə, hücum edənlər jurnalistin oturduğu avtomobilin şüşəsini sındırıblar. Hadisə prezdent Nikolas Maduranı dəstəkləyən bir qrup insanın müxalifətdən olan deputatlara hücumu zamanı baş verib.

Müxalifətçi deputatlar Venesuela hökumətinin səlahiyyətlərinin dayandırılması üçün seçki şurasından sorğu vərəqəsi tələb edirlər.

Müxalifət nümayəndələri dəfələrlə bildiriblər ki, onlar Maduranın vaxtından əvvəl dövlət başçısı vəzifəsindən getməsi üçün mübarizə aparırlar.

musavat.com

Gözdən qaçırmayın:  Ukrayna Gürcüstandakı səfirini geri çağırır
Back to top button
Telegram kanalımıza abunə olun