2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Venesuelada dünən yüzminlərlə insan yenə etiraz edirdi – foto-video

Xalq etirazları dünən 50-ci gününə qədəm qoydu

Saytların yığılması Saytlarin yigilmasi

Yüz minlərlə insan yenidən Venesuela küçələrinə etiraza çıxıb. Venesuela prezidenti Nikola Maduroya qarşı mayın 20-də baş tutan etiraz aksiyasına bu dəfə 200 mindən çox adam qatılıb. Əlli gün davam edən etirazlar zamanı 46 nəfər həlak olub.


Yalnız Karakasda 160 min aksiya iştirakçısı Daxili İşlər Nazirliyinin binası önünə yürüş edib. Aksiya iştirakçıları taxta, daşla silahlanaraq polislə mümkün qarşıdurmaya hazırlıq görüblər.

[youtube https://www.youtube.com/watch?v=K3-o42Q1dxg?feature=oembed&w=500&h=281]
Paytaxt Karakasın mərkəzində əsgərlər barikadalar quraraq aksiya iştirakçılarının yürüşünə mane olmağa çalışıblar, bu məqsədlə hətta 10-dan çox metro stansiyası bağlanıb. Venesuelada etiraz aksiyaları artıq 50 gündür davam edir. “Repressiyalar nə qədər güclü olacaqsa, müqavimət və Venesuela uğrunda savaş bir o qədər güclü gedəcəck”, – deyə müxalifətin lideri Enrike Kapriles bəyan edib.


Eyni gündə Karakasın digər tərəfində prezident tərəfdarlarının aksiyası baş tutub. Amma prezidentə qarşı etirazlar yalnız paytaxtda keçirilmir. Aksiyalar bütün ölkə üzrə keçirilir. Paytaxtın 70 kilometrliyində yerləşən və alman immiqrantlar tərəfindən salınan 21 min əhalisi olan Tovar koloniyasına ordu hissələri yeridilib. Prezident tərəfdarları ilə etirazçılar arasında toqquşma zamanı yerli inzibati bina yandırılıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button