2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Venesuelada hökumətə qarşı etiraz aksiyaları davam edir

 

BBC-nin xəbərinə görə, Ali Məhkəmə keçən ay Konqresin səlahiyyətlərini əlindən aldıqdan sonra ölkəni etirazlar bürüyüb.
İki həftə əvvəl başlayan hökumət əleyhinə etirazlar müxalifət lideri Henrique Caprilesə keçən həftə 15 il ərzində prezident seçkilərinə qatılmama cəzası verilməsindən sonra daha da alovlanıb. Etirazlarda 17 adam yaralanıb, 4 adam ölüb.

Hazırda müxalifət liderləri təxirə salınan bələdiyyə seçkilərinin keçirilməsi üçün tarix təyin olunmasını tələb edir. Venesuela Ali Məhkəməsi 31 martda məhkəmənin əvvəlki qərarlarına riayət etməməsi səbəbiylə Konqresin səlahiyyətlərini üzərinə götürmüşdü. Müxalifət bu qərarın ölkəni diktatorluğa aparan yola saldığını bəyan etmiş, paytaxt Karakasda xalq küçələrə tökülmüşdü.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiyalardan sonra məhkəmə 1 apreldə qərarını geri çəkdiyini açıqlamışdı. Buna baxmayaraq xalq erkən seçki tələbiylə etiraz nümayişlərini davam etdirir.

 
24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button