2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Venesuelada iqtidar və müxalifət tərəfdarları arasında qanlı toqquşma olub

Venesuelada aprelin 19-da solçu prezident Nicolas Maduroya qarşı misli görünməmiş kütləvi etiraz əsnasında iki tələbə odlu silahla öldürülüb.

Müxalifət tərəfdarları paytaxt Karakas və başqa şəhərlərin küçələrində keçirilən nümayişlərə “Bütün yürüşlərin anası” adını vermişdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Etirazçılar neftlə zəngin ölkəni acınacaqlı vəziyyətə salmış Maduronun hakimiyyətdən getməsini tələb edirdilər.

Reuters agentliyi xəbər verir ki, Maduronun çağırışı ilə iqtidar tərəfdarlarının küçələrə tökülməsindən sonra izdihamlar yüzminlərlə insanı bürüyüb.

Maduro bəyan edib ki, etirazların dinc fasadı arxasında müxalifətin çevriliş və ölkədə sosializmə son qoymaq planları gizlənir.

Müxalifət isə Maduronu diktatora çevrilməkdə və dinc vətəndaşlara silah qaldırmaqda ittiham edir.

Qarşı duran nümayişçilər arasında baş verən toqquşmalar 2002-ci ildə mərhum prezident Hugo Chavez-ə qarşı çevrilişi tətikləmiş hadisələri xatırladıb.

Müxalifət aksiyalar əsnasında baş vermiş iki qətlin silahlı hökumət tərəfdarlarının “kolektivos” qrupu tərəfindən törədildiyini iddia edir.

Aprelin 19-da baş vermiş iki ölüm hadisəsindən sonra son bir ay ərzində Venesuela etirazlarında həlak olmuş insanların sayı 7-yə çatıb.

Etiraz aksiyalarında iştirak edən 270 nəfərin həbs olunduğu xəbər verilir.

“Məsih düşmənləri”

Müxalifət prezident Maduronu neftlə zəngin ölkənin vətəndaşlarını ac-yalavac vəziyyətə salmaqda ittiham edir.

Reuters yazır ki, OPEC üzvü olan Venesuelada ərzaq və dava-dərmanın sovetsayağı qıtlığı meydan sulayır və inflyasiya üçrəqəmli göstəricilərə çatıb.

Müxalifət erkən seçki keçirilməsini, siyasi məhbusların azad olunmasını və üstünlük təşkil etdiyi parlamentə ehtiram göstərilməsini tələb edir.

Aprelin 19-da günortadan sonra qırmızı köynəklər geyinmiş tərəfdarlarından ibarət izdihama müraciıət edən Maduro “korrupsiyaçı və müdaxiləçi sağ təmayüllülərin” məğlubiyyətini elan edib və opponentlərini “Məsih düşmənləri” adlandırıb.

Təhlilçilər bildirirlər ki, Maduroya qarşı hər hansı çevriliş ağlabatan deyil, çünki hələ Chavez, hakimiyytədən qısa müddətdə uzaqlaşdırılmasının ardınca orduya qarşı genişmiqyaslı repressiya kampaniyası aparıb.

Reuters yazır ki, yüksək neft qiymətlərindən mənfəətlənən Venesuelada illərlə istehlakın yüksəlişi olub və çox sayda yoxsul orta sinif təbəqəsinə daxil ola bilib.

Lakin 2014-cü ildə neft qiymətləri kəskin düşəndən sonra ərzaq qıtlığı və qiymətlərin kəskin bahalaşması yer alıb.

İndi çox sayda venesuelalının vaxtaşırı ac qaldığı və ən adi dərmanları tapa bilmədiyi xəbər verilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button