2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Venesuelada on minlərin izdihamından mənzərələr

Venesuelada prezident Nikolas Maduro rəhbərliyinə qarşı çıxan on minlərlə adamın qatıldığı etirazlar davam edir.
Məlum olduğu kimi, Ali Məhkəmə keçən ay Konqresin səlahiyyətlərini əlindən aldıqdan sonra ölkəni etirazlar bürüyüb.

Saytların yığılması Saytlarin yigilmasi


Hökumət əleyhinə etirazlar müxalifət lideri Henrique Caprilesə keçən həftə 15 il ərzində prezident seçkilərinə qatılmama cəzası verilməsindən sonra daha da alovlanıb.
Venesuela Ali Məhkəməsi 31 martda məhkəmənin əvvəlki qərarlarına riayət etməməsi səbəbiylə Konqresin səlahiyyətlərini üzərinə götürmüşdü. Müxalifət bu qərarın ölkəni diktatorluğa aparan yola saldığını bəyan etmiş, paytaxt Karakasda xalq küçələrə tökülmüşdü.

 


Aksiyalardan sonra məhkəmə 1 apreldə qərarını geri çəkdiyini açıqlamışdı. Buna baxmayaraq, xalq erkən seçki tələbiylə etiraz nümayişlərini davam etdirir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button