2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Vergi Məcəlləsinə ediləcək dəyişiklik ağır fəsadlara səbəb ola bilər”

Əyyub Kərimov: “Düzgün tətbiq edilməyən cəriməyə görə cəza olmalıdır”

Vergi Məcəlləsində edilməsi planlaşdırılan yeni dəyişikliyə görə, bundan sonra vergi əməkdaşlarının sahibkarlara tətbiq etdiyi verginin 50%-i onun maaşına əlavə ediləcək.
Maraqlıdır, məlum dəyişikliyin tətbiqi bəzi vergi əməkdaşlarını sahibkarları yerli-yersiz cərimələməyə təhrik edə bilərmi? Bu dəyişikliyin sahibkarların əsassız yerə sıxışdırılması hallarının artması ilə nəticələnməsi mümkündürmü?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov bu dəyişikliyin ağır fəsadlara səbəb ola biləcəyinin mümkünlüyünü vurğuladı:
“Məsələ ondadır ki, Azərbaycanda hər şey mümkündür. Bildiyiniz kimi, DYP əməkdaşları ilə bağlı da belə bir qanun tətbiq edilmişdi ki, yazdıqları cərimələrdən onların maaşına müəyyən məbləğ əlavə edilsin. Lakin qeyd etdiyiniz məsələ ilə bağlı məni maraqlandıran bu təklifin hansı millət vəkillərindən gəlməsi, onların bu dəyişikliyi nə ilə əsaslandırmasıdır. Hesab edirəm ki, bu yeniliyin tətbiqi ağır fəsadlara səbəb ola bilər. Bu bir həqiqətdir ki, Azərbaycanda bəzən ən yaxşı qanunlar belə işləmir. Elə vergi əməkdaşları ola bilər ki, bu qanun onları yeri gəldi-gəlmədi sahibkarları cərimələməyə sövq edə bilər. Yaxşı olardı ki, orada belə bir bənd əlavə edilərdi ki, əgər vergi əməkdaşı haqlı olaraq kimisə cərimələyirsə, o zaman həmin cərimədən müəyyən bir pay onun maaşına əlavə edilsin. Yox əgər cəriməni düzgün, əsaslı şəkildə tətbiq etməyibsə, o zaman onun maaşından müəyyən məbləğ çıxılsın. Çünki düzgün tətbiq edilməyən cəriməyə görə cəza olmalıdır. Qanun yalnız vergi əməkdaşlarının deyil, adi vətəndaşların da hüququnu qorumalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button