2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Vergi yoxlaması Qorxmaz Hüseynovun sonunu gətirir – “Azərsu”nun bank hesablarına həbs qoyuldu

Azərbaycan Vergilər Nazirliyi büdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinə qarşı sərt addımlara start verib.

24saat.org-un məlumatına görə, Vergilər Nazirliyinin qəzəbinə tuş gələn dövlət qurumlarından biri də “Azərsu” ASC-dir. Saytımıza daxil olan informasiyada bildirilir ki, artıq qurumun bütün bank hesablarına həbs qoyulub, bu isə öz növbəsində “Azərsu”da maaşların ödənməsi ilə bağlı ciddi problemlər yaradıb.
24saat.org xatırladır ki, “Azərsu” ASC-nin vergi borcları məsələsi uzun müddətdir ki, gündəmdədir. Əvvəllər dövlət büdcəsinə ödənmələrdəki kəsirlə bağlı müəyyən güzəştlər tətbiq edilirdisə, artıq həmin güzəştlərdən söhbət belə gedə bilməz.
Belə ki, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması fonunda dövlət büdcəsini doldurmaq üçün vergilər naziri Fazil Məmmədovun üzərinə öhdəlik qoyulması onu hakimiyyətdəki oliqarxlarla üz-üzə qoyub. Bu baxımdan hazırda durumu daha ağır olan məmur-oliqarxlardan biri məhz “Azərsu” sədri Qorxmaz Hüseynovdur.
24saat.org-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, may ayından etibarən “Azərsu” ASC-nin tabeçiliyindəki idarələrdə maaşların verilməsinə qoyulan qadağa Qorxmaz Hüseynova qarşı daxili narazılığın artmasına səbəb olub. Əmək haqqlarının vergi yoxlamalarının tam olaraq yekunlaşmasından sonra ödənəcəyini bildirən mənbəmiz təftişlərin yaxın zamanda bitəcəyini düşünmür:
“Bu yoxlamalar təkcə vergi borcları ilə bağlı olmayıb, həm də “Azərsu”dakı yeyinti faktlarını əhatə edəcək. Yoxlamaların yekunu olaraq Qorxmaz Hüseynovun görəvindən alınacağı da mümkün ehtimallar arasındadır. Qurumda Qorxmaz Hüseynovun yaratdığı qohum-əqraba şəbəkəsi, dövlət vəsaitinin mənimsənilməsi, ödənişlərin yığılmasındakı maxinasiyalar, su və kanalizasiya xətlərinin çəkilişindəki ciddi nöqsanlar sədri çıxılmaz duruma sala bilər”.
Orxan
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button