2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vergidə idarə rəisi həbs edilib

Məlumatda 8 saylı Ərazi Vergilər İdarəsinin rəisiZaur Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyevdən bəhs edilir

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Vergi Xidmətinin iki vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub.

Bu barədə dekabrın 28-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyevdən bəhs edilir.

Onlar Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilirlər və barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hələlik, bu barədə rəsmi açıqlamaya sözü gedən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

İttihamlar subuta yetirilərsə onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button