2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

‘Vergidən azad zənginlər’

Oğuz rayonunda infrastruktur layihələrinin icrası, boşanmaların artmasının səbəbləri, Azərbaycanda qeyri-rəsmi zənginlərin vergidən yayınması iddiaları və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Azərbaycanda zənginlərin fərqi
Azadliq.info saytında «Vergi ən zənginlər üçündür, yoxsa ən yoxsullar üçün?» sualı gündəmə daşınır.

Müəllif hesab edir ki, Azərbaycanda ədalətsiz vergi sistemi mövcuddur.

Saytların yığılması Saytlarin yigilmasi

Yazıda bildirilir ki, son vergi islahatlarına qədər ABŞ-da zəngin insanlar daha çox vergi ödəyib. İndi də bəzi zəngin insanlar onların daha çox vergi ödəməli olduqlarını vurğulayırlar:

«Bizdə isə hökumət ölkənin yetim-yesirində qalan qəpik-quruşu əldən çıxarmaq üçün min cür oyun düşünür. Məsələn, bu yaxınlarda Vergilər Nazirliyi bəyan etdi ki, bundan sonra şairlər, yazıçılar belə qazandıqları gəlirdən vergi ödəməlidirlər. Axı, bu ölkənin bədbəxt yazarı nə qazanır ki, hələ bir ondan vergi də ödəsin?».

Müəllif hesab edir ki, Azərbaycanda zəngin adamlar heç vaxt ABŞ-dakı kimi daha çox vergi ödəmələrinin vacibliyi ilə bağlı təklif verməzlər: «Çünki başqa yollarla milyarder olmuş adamlar sərvətinin mənbəyinin qədərini, yerini açıqlayacaq üzdə deyil. Elə buna görə də, bizdə hansısa zəngindən çıxıb «bizdən daha çox vergi alın, kasıblara dəyməyin» çağırışı gözləməyin. Çünki ortada açıq, halal, təmiz dəftər-kitab yoxdur».

Yazıda vurğulanır ki, Azərbaycanda da inhisar, korrupsiya aradan qalxarsa, ABŞ-dakı kimi zənginlər meydana çıxa bilər:

«İndi ölkənin qeyri-qanuni zənginləri, onsuz da, vergidən azaddır. O halda aylıq çörəkpulu dərdi çəkən ölkə insanını bir də vergi tələbi ilə sıxmaq onu bilərəkdən bataqlığa itələmək deyilmi? Bu qədər zəngin ölkədə ən yoxsul təbəqəni təmsil edən çəkməçidən, dərzidən, yazıçıdan vergi gözləməyin adı nədir?».

Boşanma

Boşanmanın səbəbləri…
«Novoye Vremya» qəzetində «Xoşbəxtlik pulda deyil?..» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son illər ölkədə boşanmaların sayı artıb.

Müəllif Dövlət Statistika Komitəsinə istinadən vurğulayır ki, 2016-cı ildə 13 min 114, 2017-ci ildə 14 min 514 boşanma qeydə alınıb:

«Məlumatlar göstərir ki, boşananların əksər hissəsi nikahda 5 ildən az olan gənc ailələrdir. 2016-cı ildə boşanmaların 50 faizi övladları olmayan cütlərin payına düşüb. Bu mənada gənclərin sağlamlıqlarındakı problemlərlə bağlı uşaq dünyaya gətirə bilməmələri bugünkü ailələrin əsas problemlərindən biridir. Sonsuzluq problemini müəyyən müalicə prosedurları ilə aradan qaldırmaq olar. Amma bu, az pul demək deyil və gənclərin buna imkanları varmı?».

Müəllifin fikrincə, başqa tərəfdən gənc ailələr ağır olan maddi vəziyyət üzündən uşaq dünyaya gətirmək məsələsində tələsmirlər.

Yazıda ekspertlərə istinadən vurğulanır ki, gənc ailələrin dağılmasının ilkin səbəbi valideynlərin «sonra sevərsən» fəlsəfəsi ilə, hər hansı istək olmadan övladını qohumla evləndirmələridir.

Müəllifə görə, burda işsizliyin də öz payı var: ​«Ölkədə iş tapmağın o qədər də asan olmadığı heç kəsə sirr deyil. Üstəlik, alitəhsilli olmaq da iş tapmağın, normal maaşla təmin olunmağın zəmanəti ola bilmir. Bütün bunlar gənclərin ailə qurmaq, valideyn olmaq istəklərini əngəlləyir».

Müəllif hesab edir ki, münasib iş yerlərinin azlığı gənc ailələrə vaxtında mənzillə təmin olunmağa imkan vermir.

Yazıda vurğulanır ki, ailə zorakılığı, xəyanət, gənclər arasında alkoqolizm və narkomaniyanın yayılması da boşanmalarda az rol oynamır.

Müəllifə görə, «iki könül sevincə samanlıq da seyran olur» fəlsəfəsi bir çox ailələrdə özünü doğrultmur.

Oğuz

İnfrastruktur layihələri
«Azərbaycan» qəzetində «İnfrastruktur layihələrinin icrası davam edir» sərlövhəli yazı dərc edilib.

Yazıda infrastruktur layihələrinin icrasından bəhs edərkən nümunə kimi Oğuz rayonu seçilib.

Müəllif yazır ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş elektrik şəbəkələrinin yenidən qurulması işləri 7 kənddə başa çatıb. Oğuz şəhəri və 6 kənddə isə işlər davam edir:

«Aparılan tədbirlər çərçivəsində 10 minə yaxın dayaq basdırılıb, 20 kilometr hava xətti, 198.4 kilometr Sip kabel xətti çəkilib, 31 yarımstansiya təmir olunub, 5 transformator quraşdırılıb. Oğuz Elektrik Şəbəkəsinin yeni inzibati binasının və şəhər yarımstansiyasının tikintisi başa çatdırılıb».

Yazıda vurğulanır ki, rayonun enerji təchizatının daha da yaxşılaşmasından ötrü Daşağıl çayı üzərində 3 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

Müəllif bildirir ki, rayonun qazlaşdırılması istiqamətində də ciddi addımlar atılır:

«Keçən il Xaçmaz-Qışlaq kəndində 142 abonent təbii qazla təmin edilib. Oğuz şəhərində, Kərimli və Tayifli kəndlərində yeni qaz xətləri çəkilib. 4 kənddə yeni qaz tənzimləyicisi quraşdırılıb, 9 kəndə təbii qaz çəkilişi ilə bağlı Nazirlər Kabineti və «Azəriqaz» ASC-yə müraciət olunub».

Müəllif hesab edir ki, sakinlərin müasir informasiya sistemlərindən istifadə etmələri də vacibdir.

Yazıda bildirilir ki, keçən il Xaçmaz və Xalxal kəndlərinə 20 kilometrə yaxın optik xətt çəkilib. Bu isə həmin kəndləri yüksəksürətli internetlə təmin edib. Üstəlik, Xaçmaz-Qışlaq kəndində yeni Elektron ATS istifadəyə verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button