2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vergilər nazirliyi 51 faiz kəsirlə işləyir

Nemət Əliyev

Vergilər Nazirliyi üzərinə düşən öhdəliyin 51 faizini yerinə yetirə bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əlavə Dəyər Vergisi (ƏDV) üzrə dövlət büdcəsinə ümumi daxilolmalar 33% kəsirlə icra olunub. Qanunla təsdiq olunmuş hökumət proqnozuna görə bu ilin yanvar-fevral aylarında ƏDV adıyla dövlət büdcəsinə 690 milyon manat daxil olmalıydı. Lakin faktiki olaraq 460 milyon manat vəsait toplanıb. İki aylıq öhdəliyin 230 milyon manatlıq hissəsi icra olunmayıb. İcra olunmamış öhdəliyin 8 faizi Gömrük Komitəsinin hesabınadırsa, 92 faizi Vergilər Nazirliyinin hesabınadır.

Cari ilin yanvar-fevral aylarında Gömrük Komitəsi ƏDV üzrə yığım öhdəliyini 7% kəsirlə olsa da, icra edib. Vergilər Nazirliyi isə bu öhdəliyin 51 faizini və ya 211 milyon manatını icra edə bilməyib. Vergilər Nazirliyi 2 ayda 416 milyon manat ƏDV toplamalıydı, lakin 205 milyon manat yığıb. Bu göstərici, hətta 2016-cı ilin yığım göstəricisindən də 47% azdır.

Nəzərə almaq lazımdır ki, ƏDV-nin dövlət büdcə gəlirlərində payı 25 faizdən çoxdur. Vergilər Nazirliyi dövlət büdcəsi qarşısında üzərinə düşən bütün öhdəliyin 33 faizə qədərini ƏDV hesabına təmin etməlidir.

Əgər sadələşmiş vergi üzrə öhdəliyin 22% kəsirlə, fiziki şəxslərin gəlir vergisi üzrə öhdəliyin isə 32% kəsirlə yerinə yetirildiyini də buraya əlavə etsək, o zaman sabaha nikbin ovqat üçün heç bir ayaq yeri qalmır.

Bu göstəricilər üzrə hazırkı vəziyyət iqtisadi fəallığın əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədardır. Əks halda nəticələr tamamilə fərqli olmalı idi. Belə çıxır ki, milyonlar xərclənməsi hesabına ərsəyə gəlmiş “YOL XƏRİTƏLƏRİ”nin icrası iqtisadi fəaliyyəti dalana dirəyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button