2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vergilər Nazirliyi Xədicə İsmayıla qarşı iddiasını 17 min 992 manat azaltdı

Jurnalistin bank hesabına həbs qoyulması barədə qərardad çıxarılıb

Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində jurnalist Xədicə İsmayılın Beynəlxalq Bankdakı hesabının üzərinə həbs qoyulması barədə qərardad çıxarılıb. Qərarı hakim Məhəmməd Əkbərov Vergilər Nazirliyinin jurnalistə qarşı 63 min 138 manatlıq vergi tələbi üzrə keçirilən məhkəmə iclasında elan edib. Məhkəmənin gedişində Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, onlar da iddianın məbləğində dəyişiklik ediblər. Dekabrın 5-də məhkəməyə iddiaya əlavə edərək, orada jurnalistdən tələb olunan məbləğin 45 min 145 manata endirildiyi göstərilib.

X.İsmayıl həbs olunarkən ona qarşı irəli sürülən ittiham maddələrindən biri də Cinayət Məcəlləsinin 178.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla) maddəsi idi. İttihama görə, X.İsmayıl 2008-2010-cu illərdə Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri olduğu zaman işçilərlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayıb. Nəticə etibarilə işçilər xidməti müqavilə üzrə 4 faiz vergi ödəyiblər. Əmək müqaviləsi olsaydı, əməkhaqqının 14 faizini ödəyəcəkdilər.

İddia edilir ki, X.İsmayıl bununla 10 faizlik fərqin, yəni 17 min 992 manatın israf edilməsinə şərait yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ali Məhkəmə 2016-cı ilin mayında X.İsmayılın şikayətinə baxıb, onu şərti azadlığa buraxanda bu ittihama da xitam vermişdi.

Vergilər Nazirliyinin X.İsmayıla qarşı 63 min 138 manatlıq iddiasının 17 min 992 manatı həmin məsələdir. Qalan 45 min 145 manat isə Azadlıq Radiosunun ödəmədiyi iddia olunan mənfəət vergisidir.

Vergilər Nazirliyi bir il davam edən məhkəmə prosesindən sonra X.İsmayılın bəraət aldığı israfetmə ittihamı üzrə hesablanan 17 min 992 manatdan imtina edib.

2017-ci ilin noyabrında jurnalistin bamk hesabının üzərinə həbs də Vergilər Nazirliyinin ona qarşı iddiası əsasında qoyulub. Bildirilib ki, bu, iddia tələbinin təmini tədbiridir. Yəni gələcəkdə məhkəmə Vergilər Nazirliyinin iddiasını təmin edib, tələb olunan məbləğin X.İsmayıldan tutulmasına qərar verilsə, onun icrası mümkün olsun.

Xədicə İsmayıl
Xədicə İsmayıl

X.İsmayılın vəkili Y.İmanov Meydan TV-yə bildirib ki, jurnalistin Beynəlxalq Bankdakı hesabı üzərinə də həbs qoyulmasına dair qərardaddan apelyasiya şikayəti veriləcək:

“Hesab edirik ki, bu qərar iddia tələbinin təmin olunmasına xidmət etmir. Belə olsaydı, nəzərə alınardı ki, kifayət qədər vəsait olan başqa bir hesabın üzərində onsuz da 2017-ci il noyabrın 9-dan həbs var. Daha bir hesabı dondurmağa nə ehtiyac var ki?”

Jurnalistin nümayəndəsi mənfəət vergisilə bağlı iddianı da qəbul etmir. Deyir ki, X.İsmayıl 2008-ci ilin ikinci yarısında büro rəhbəri kimi fəaliyyət göstərib, 2010-cu il oktyabrın 1-nə qədər. Lakin ondan həmin illərin bütün 12 ayı üzrə mənfəət vergisi tələb olunur:

“Hələ mən o tərəfini demirəm ki, Azadlıq Radiosu mənfəət vergisindən azaddır, çünki kommersiya təşkilatı deyil. Üstəlik, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb elədiyi pulu Azadlıq Radiosundan da tələb edir. Radioya qarşı da eyni tələblə iddia qaldırılıb. Lakin prokurorluqda radio ilə bağlı istintaq araşdırmalarının davam etməsi əsasıyla məhkəmə prosesi dayandırılıb”.

24saat.org qeyd edir ki, Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib, mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilən X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Daha sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button