24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Vertolyot qəzası zamanı həlak olanlar İkinci Şəhidlər Xiyabanında dəfn ediliblər

Bakı/01.12.21 Noyabrın 30-da Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində həlak olan hərbçilər, Azərbaycan sərhəd qoşunlarının  11 zabiti dekabrın 1-də İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Daha üç mərhum ailə qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə Sərhəd Xidmətinin rəhbərliyi, digər güc qurumlarının rəhbərləri və hökumət nümayəndələri iştirak ediblər.

“Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimində 10 mindən çox adam iştirak edib.

Xatırladaq ki, vertolyot Xızı rayonunun dağlıq ərazisinə eniş zamanı qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Fəlakətin səbəbi hələ müəyyən edilməyib. -02B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button